“Heydər Əliyev İli” çərçivəsində yeni layihə
Bakı, 9 avqust, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı (TGT) “Heydər Əliyev İli” çərçivəsində “Mədəniyyətimizi tanıyaq!” layihəsinə start verir.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Layihənin əsas məqsədi gənclərdə Azərbaycanın mədəniyyətinə qarşı həvəsin daha da artırılması və bu sahədə biliklərinin zənginləşdirilməsidir.
Layihə çərçivəsində müxtəlif filmlər, musiqilər və s. kimi mədəniyyət nümunələrinə dair suallar BDU TGT-nin sosial media hesablarında paylaşılacaq, suallara doğru cavab verən gənclərə Azərbaycanın şair və yazıçılarının kitabları hədiyyə olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:55]
Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb
- 28.09.2026 [18:26]
Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub
- 28.09.2026 [18:03]