Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev siyasi irsi xalqımızın zəngin xəzinəsinə çevrilmişdir

Bakı, 22 aprel (AZƏRTAC). Ulu öndərimizin müdrik siyasi kursu və zəngin idarəçilik irsi Azərbaycanın xoşbəxt gələcəyinin qarantıdır.

İllər ötdükcə dahi şəxsiyyətin böyüklüyü, xalqının xoşbəxtliyi naminə gördüyü işlərin mahiyyəti və miqyası bizlərə daha aydın və dolğun çatır. Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, sanbalı, nəinki bugünkü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi baxımından Heydər Əliyev epoxası və irsi bənzərsizdir. Taleyüklü hadisələrlə zəngin olan, Azərbaycanın milli intibahı kimi səciyyələnən, ən yeni tariximizə müasir dövlət quruculuğu illəri kimi daxil olan bu dövr Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adı və fəaliyyəti ilə sıx bağlıdır. Bu şanlı salnamənin hər bir səhifəsində ulu öndərimiz Heydər Əliyevin qüdrətli izi qalmışdır.

Dövlət o vaxt güclü və yenilməz olur ki, onun rəhbəri ilə xalqı arasında birlik mövcud olsun. Məhz bu birlik və həmrəylik tarixin müxtəlif dönəmlərində ölkəmizin taleyində əvəzsiz rol oynamış, xalqımızı başının üstünü almış bütün bəlalardan hifz edib qorumuşdur. Dünyanın dahi şəxsiyyətlərindən biri olan ulu öndərimiz Heydər Əliyevin bütün mənalı ömrü və fəaliyyəti doğma xalqına və Vətəninə sədaqətlə xidmətin parlaq nümunəsidir. O, fəaliyyəti dövründə daim xalqına arxalanmış, ona güvənmiş, gücünü xalqından almışdır.

Təsadüfi deyil ki, müasir Azərbaycan tarixinin ən parlaq səhifələri, xüsusən də 1969-cu ildən başlayaraq respublikamızda cərəyan edən proseslər, əldə etdiyimiz uğurların hamısı birbaşa Heydər Əliyevin şəxsiyyətindən qaynaqlanır. Müdrik siyasi xadim Azərbaycanı qüdrətli bir dövlət, xalqını güclü bir millət kimi formalaşdırmaq kimi son dərəcə çətin bir missiyanı öz üzərinə götürmüş və şərəflə yerinə yetirmişdir.

Heydər Əliyev hələ sovet rejimi şəraitində bəşəriyyətin ən aktual çağırışlarına cavab vermək iqtidarında olan müasir ruhlu yeni rəhbər nümunəsi idi. Rəhbərliyə gəlişinin ilk günündən daim xalq arasında olan, onun yaşayışı, qayğıları, problemləri və arzuları ilə maraqlanan dahi şəxsiyyət o vaxt respublikada hökm sürən rüşvətxorluğa və korrupsiyaya qarşı şəxsən özü qəti və prinsipial mübarizəyə başlamış və qısa müddətdə bunun müsbət nəticələri hər bir insanın həyatında özünü göstərmişdi. Azərbaycanda nizam-intizam, qayda-qanun yaradılmışdır.

Heydər Əliyev əsil liderə məxsus olan keyfiyyətlərdən bacarıqla istifadə edərək respublikanın xalq təsərrüfatında qaynar həyatın formalaşması üçün imkan və vasitələri səfərbər etmişdir. Məhsuldar əməyə münasibət kökündən dəyişdirilmiş, xalq təsərrüfatının inkişafında mövcud olan nöqsanlar, mənfi meyllər aradan qaldırılmış, gələcək inkişafla bağlı məqsəd və vəzifələr müəyyənləşdirilmişdir. Bütün bunların nəticəsində sənaye, kənd təsərrüfatı məhsulları istehsalında, tikinti və quruculuq işlərində qısa müddətdə uğurlara imza atılmışdır. Cəmi bir neçə ildə respublikamızda yeni tipli sənaye müəssisələri, istehsal sahələri istifadəyə verilmiş, on minlərlə yeni iş yerləri yaradılmış, sənayenin ixrac potensialı artmış, istehsalın maddi-texniki səviyyəsi yüksəlmişdir. Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə ötən əsrin 70-80-cı illərində respublikamızın həyatının bütün sahə və istiqamətlərində nəhəng işlər görülüb və möhtəşəm nailiyyətlər əldə olunmuşdur.

Statistik rəqəmlər həmin illərdəki sürətli inkişaf dinamikasını dolğunluğu ilə təcəssüm etdirir. O dövrdə Azərbaycanın sosial-iqtisadi sahələrinin inkişafına əvvəlki 50 ildə olduğundan 1,4 dəfə çox vəsait qoyulmuşdur. Belə ki, 250-dən çox zavod, fabrik, istehsal və emal müəssisələri, Bakı dərin özülləri zavodu, Respublika Sarayı, Konsert-İdman kompleksi, “Gülüstan” Sarayı və digər möhtəşəm obyektlər tikilib istifadəyə verilmiş, çox gəlirli sahə olan üzümçülük və şərabçılığın, pambıqçılığın sürətli tərəqqisinə nail olunmuşdur. Bu zaman kəsiyində respublikamızda məhsul istehsalı əvvəlki əlli ildəki bütün həcmə bərabər səviyyəyə çatmışdır.

Həmin dövrdə Azərbaycanda milli gəlir 2,5 dəfə artaraq, adambaşına ictimai məhsul istehsalının artım tempi 2 dəfədən çox olmuşdur. Sənaye məhsullarının istehsalı 2,7 dəfə artmışdır ki, bu da əvvəlki 30 ildə istehsal olunan məhsulun həcmindən iki dəfə çox idi. Meliorasiya və irriqasiya işlərində də çox nəhəng layihələr həyata keçirilmiş, Araz su anbarı, Mil-Muğan hidroqovşağı, Baş Mil kanalı, Abşeron, Naxçıvan və Lənkəranda suvarma sistemləri, onlarca meliorasiya və irriqasiya obyektləri inşa edilmişdir.

İnsanların yaşayış şəraitinin yaxşılaşdırılması ulu öndərimizin daim diqqət mərkəzində olmuşdur. Yeni yaşayış massivlərinin, kənd və qəsəbələrin salınması, mənzil tikintisinin geniş vüsət alması həmin illərin sürətli inkişaf dinamikasını şərtləndirən əsas amillərdəndir. Həmin dövrdə milli gəlirin artımı, yeni nəhəng yaşayış massivlərinin və mikrorayonların salınması, abadlıq-quruculuq və tikinti işlərinin maksimum sürətlə aparılması hesabına 18,5 milyon kvadratmetrlik mənzil sahəsi tikilmişdir ki, bu da 2 milyon 200 min insanın yeni mənzilə köçməsi və ya mənzil şəraitini yaxşılaşdırması demək idi. Başqa sözlə, qısa müddətdə Bakı şəhərinin əvvəlki yaşayış fonduna bərabər bir şəhər salınmışdı.

Ulu öndərimiz Heydər Əliyevin müstəsna şəxsi keyfiyyətləri onun rəhbərlik etdiyi dövrün bütün mərhələlərində özünü bariz şəkildə büruzə vermişdir. Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və tükənməz enerji istər ötən əsrin 70-80-ci illəri, istərsə də 93-cü ildən sonrakı dövrü xarakterizə edən başlıca amillərdir.

Həmin dövrü xarakterizə edən başlıca amillərdən biri də odur ki, Heydər Əliyev özünün dövlət idarəçiliyi strateji proqramında mədəni və mənəvi intibahı iqtisadi uğurlarla paralel olaraq nəzərdə tutmuş və yüksək zirvələrə ucaltmışdır.

Həmin illər bir tərəfdən, nəhəng abadlıq-quruculuq, iqtisadiyyatımızın sürətli inkişafı, digər tərəfdən mədəniyyətimizin, elmimizin, təhsilimizin intibah dövrləri kimi tarixə düşmüşdür.

Ümummilli liderimiz Heydər Əliyevin on illik prezidentliyi dövrü müstəqillik tariximizə qlobal iqtisadi və aqrar islahatlar, abadlıq və quruculuq işlərinin geniş vüsət alması, daxili və xarici siyasətdə qazanılan sanballı nəticələrlə də müşahidə olunmuşdur. MDB məkanında ilk dəfə olaraq Azərbaycanda torpaq islahatı həyata keçirilmiş, ölkənin sənaye və kənd təsərrüfatı məhsulları istehsalında özəl sektorun payı ilbəil artırılmışdır. Artıq 1996-97-ci illərdən başlayaraq ölkəmiz nəinki böhranın fəsadlarını aradan götürməyə, hətta sürətli inkişaf mərhələsinə qədəm qoymağa müvəffəq olmuşdur. Bazar iqtisadiyyatına keçidlə bağlı həmin illərdə çox böyük və mühüm tədbirlər həyata keçirilmiş, sahibkarlığın inkişafına güclü dəstək verilmişdir.

Hər bir xalqın və dövlətin taleyində, xüsusilə də onun çətinlikləri arxada qoyaraq inkişaf mərhələsinə başladığı bir mərhələdə böyük nüfuza malik, qloballaşan dünyadakı proseslərə təsir etmək iqtidarında olan liderə böyük ehtiyac duyulur. Müstəqil dövlət kimi çox gənc olan Azərbaycanın bu sarıdan da bəxti gətirmişdir. Ulu öndərimiz Heydər Əliyevdən sonra onun ideyalarını yaşadan, siyasi kursunu yeni dövrün tələblərinə uyğun yeni keyfiyyətdə uğurla davam etdirən Prezident İlham Əliyevin simasında Azərbaycanın və regionun yeni lideri, müasir ruhlu, praqmatik düşüncəli rəhbəri yetişmişdir. Təsadüfi deyil ki, 2003-cü il prezident seçkilərindən başlanan dövr müasir tariximizə yeni hərtərəfli inkişaf illəri kimi daxil olmuşdur. Müstəqil Azərbaycan dünya ailəsinin ən önəmli və dəyərli üzvlərindən birinə çevrilmişdir.

Müstəqil Azərbaycan yeni minilliyin başlanğıcında ulu öndərimizin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu gələcəyə doğru inamla irəliləyir, bu yolda möhtəşəm nailiyyətlərə imza atır. Bu gün Azərbaycan dünya miqyasında səciyyələndirilərkən ilk növbədə sabitlik, sıçrayışlı inkişaf və demokratikləşmə ön plana çəkilir. Ölkəmiz sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında getdikcə vacib rol oynayan bir dövlət kimi xarakterizə olunur. Cənubi Qafqazın lideri statusunu daşıyan ölkəmiz mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən aparıcı rola malikdir və təsadüfi deyil ki, bölgəyə iqtisadi, siyasi maraq göstərən dünya dövlətləri, beynəlxalq təşkilatlar, ilk növbədə, Azərbaycanın mövqeyini nəzərə alır, onunla hesablaşırlar. Bütün bunlar bir daha ölkədə həyata keçirilən daxili və xarici siyasətin uğurlu olduğunu, onun praqmatizm üzərində qurulduğunu, milli maraqların müdafiəsinə yönəldiyini əyani surətdə təsdiqləyir. Bu illər ərzində Prezident İlham Əliyev Azərbaycanın dünya arenasında nüfuzunu daha da yüksəklərə qaldırmış, xalqının məhəbbətini qazanmışdır.

Son illərin dinamik inkişaf və tərəqqi dövrünün statistikası real həyat həqiqətlərində - sosial problemlərin davamlı həllində, işsizliyin, yoxsulluğun aradan qaldırılmasında, regionların davamlı tərəqqisində, nəhəng infrastruktur və enerji layihələrinin reallaşdırılmasında, cəmiyyətdə işgüzar fəallığın artmasında, mənəvi-psixoloji ovqatın yüksəlməsində özünü əks etdirir.

Bütün bu uğurlar ulu öndərimizin həmişəyaşar müdrik siyasi kursundan qaynaqlanır. Müstəqil Azərbaycanın qurucusu və banisi, dövlətçiliyimizin qarantı olmuş dahi şəxsiyyətin ölkəmiz və xalqımız üçün etdikləri əsrlər keçsə də tarixi dəyərini itirməyəcəkdir. Ulu öndər Heydər Əliyevin siyasi irsi xalqımızın zəngin xəzinəsinə çevrilmişdir.

 

Ramiz Quliyev

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib