“HƏZİ ASLANOV” KEÇİCİ KUBOKU BU DƏFƏ DƏ LƏNKƏRANDA QALMIŞDIR
Lənkəran, 9 mart (AZƏRTAC). Cənub Regional Futbol Federasiyasından bildirmişlər ki, federasiyanın və Lənkəran Bələdiyyəsinin təsis etdiyi “İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirasinə” həsr edilmiş Futzal üzrə ənənəvi, regional, keçici Kubok yarışlarının final mərhələsinin oyunları başa çatmışdır.
Cənub regionunu əhatə edən rayonlardan 16 komandanın iştirakı ilə keçirilən turnirin yarım final mərhələsində Lənkəranın “Veteran” komandası “Astara” komandasına 5:4 hesabı ilə qalib gəlmişdir. “Gərmətük bələdiyyəsi” komandası isə “Masallı” komandası ilə əlavə vaxtda həlledici topu rəqib qapısından keçirərək final oyununa vəsiqə qazanmışdır.
Martın 7-də Lənkəran Olimpiya İdman Kompleksində “Veteran” və “Gərmətük bələdiyyəsi” komandaları arasında keçirilən final oyununda 5:4 hesabi ilə qələbə qazanan “Veteran” komandasi turnirin qalibi adını qazanmışdır.
Qalib komandalara kubok, diplom və qiymətli hədiyyələr təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]