Hikmət Hacıyev: Azərbaycan-Türkiyə media platforması səylərimizi birləşdirmək üçün vacib təşəbbüsdür
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Hikmət Hacıyev “Twitter”dəki hesabında yazıb.
“Bu gün əziz dostum Fəxrəddin Altun mənə zəng etdi. Ölkələrimizə qarşı qara təbliğata -dezinformasiyaya qarşı birgə fəaliyyətimizi yenidən nəzərdən keçirdik. Azərbaycan-Türkiyə media platforması səylərimizi birləşdirmək üçün vacib bir təşəbbüsdür”, - deyə Hikmət Hacıyev qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:26]
BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib
- 28.09.2026 [21:15]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [19:05]