Hindistanda daşqın və torpaq sürüşməsi 100-dən çox insanın ölümünə səbəb olub
Bakı, 12 iyul, AZƏRTAC
Hindistanın şimalında yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində 100-dən çox adam ölüb.
AZƏRTAC “India Today” telekanalına istinadla xəbər verir ki, təbii hadisədən daha çox Himaçal-Pradeş əyaləti zərər çəkib. Burada çoxsaylı sürüşmə müşahidə olunub, yaşayış məntəqələri su altında qalıb. Şimal ştatlarında nəqliyyatın hərəkəti dayandırılıb, nəticədə 300-ə yaxın turist hələ də dağlarda qalıb. Ümumilikdə təbii fəlakət nəticəsində ştatda 80-ə yaxın insan həlak olub. Hazırda yağışlar, demək olar, dayanıb. Xilasetmə və bərpa işləri aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [22:45]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]