Hitrou hava limanından bütün uçuşlar ləğv olunub
London, 21 mart, AZƏRTAC
Londonun Hitrou hava limanı bu gün bütün uçuşlar üçün bağlı qalacaq.
AZƏRTAC xəbər verir ki, bu qərar hava limanını elektrik enerjisi ilə təmin edən yaxınlıqda yerləşən yarımstansiyadakı yanğından sonra verilib.
Dünyanın ikinci ən işlək hava limanı olan Hitrounun rəhbərliyi qarşıdakı günlərdə uçuş cədvəllərində pozuntu olacağı barədə xəbərdarlıq edib və sərnişinlərə hava limanı yenidən açılana qədər heç bir halda səyahət etməməyi tövsiyə edib.
Uçuş izləmə platforması “Flightradar24”ün məlumatına görə, bu gün Hitrou hava limanına gələn və ya buradan gedən ən azı 1351 reys ləğv oluna bilər.
Hayes rayonunda yerləşən yarımstansiyada baş vermiş yanğın nəticəsində 4900-dən çox ev işıqsız qalıb və ətraf ərazilərdən 150 nəfər təxliyə olunub.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [22:45]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]