HOLLANDİYADA AZƏRBAYCANLILARIN SOYQIRIMI İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLMİŞDİR
Hollandiyada fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, Azərbaycanla bağlı həqiqətləri Hollandiyada və ona yaxın ölkələrdə yaymağı, xalqımızın tarixi və mədəniyyəti ilə bağlı tədbirlər keçirməyi qarşısına məqsəd qoymuş cəmiyyət ölkənin Roretdam şəhərində 31 Mart-Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirmişlər.
Konqresin sədri Sahil Qasımov, Azərbaycan diasporunun fəal üzvlərindən Elman Mustafazadə, Elsevər Məmmədov və Kərim Göyçəli 100 nəfərdən çox adamın iştirak etdiyi tədbirdə çıxış etmiş, ermənilərin zaman-zaman azərbaycanlılara qarşı soyqırım törətdikləri, əsrlər boyu yaşadıqları indiki Ermənistanın ərazisindəki ata-baba yurdlarından azərbaycanlıların kütləvi şəkildə zorla çıxardıqları, keçən əsrin 80-ci illərindən soydaşlarımıza məxsus kənd, qəsəbə və şəhər adlarını dəyişərək erməniləşdirdikləri, əzəli və əbədi torpaqlarımız olan Zəngəzur, Göyçə mahalı kimi ərazilərimizi Ermənistana qatdıqları, indi isə Dağlıq Qarabağı ilhaq etmək ideyaları ilə yaşadıqları və buna görə də 14 ilə yaxın bu qədim torpaqlarımızı işğal altında saxladıqları barədə ətraflı danışmış və bu həqiqətləri yaşadıqları ölkələrin əhalisinə çatdırmağı hər bir azərbaycanlının ümdə vəzifəsi olduğunu bildirmişlər.
Sonda iştirakçıları maraqlandıran suallara ətraflı cavab vermişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]