“Huawei Tərəfdaşlıq Kuboku-2017” uğrunda minifutbol turniri başa çatıb VİDEO
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 4-də “Huawei Tərəfdaşlıq Kuboku-2017” uğrunda mini futbol turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turnirdə üçüncü yer uğrunda “Azercell” və “Norm” komandaları qarşılaşıblar. Matçın sonunda sevinən tərəf “Norm” komandası olub - 2:4.
Sonra keçirilən final görüşündə “Azərconnect A” komandası ilə “Baktelekom” qarşılaşıblar. Görüş “Azərconnect A” komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Sonda fəxri kürsüdə yerə alan komandalara kubok və diplomlar təqdim olunub. Turnirdə iştirak etmiş bütün komandalara da diplomlar verilib.
Mükafatlandırma mərasimində AZƏRTAC-a turnirin əsas media tərəfdaşı plaketi təqdim olunub.
Qeyd edək ki, turnirin təşkilatçısı informasiya-kommunikasiya texnologiyaları sahəsində həllər təqdimində lider olan “Huawei” şirkətidir. “Huawei”, Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsi, AZƏRTAC, “Smartcom”, “Azerconnect A”, “Azercell”, “Norm”, “Ultra”, “Baktelekom”, “Azerconnect B”, “Faber” və “Aztelekom”u təmsil edən 12 komanda turnir çərçivəsində iki qrupda mübarizə aparıb. AZƏRTAC-ın komandası turnirdə “A” qrupunda çıxış edib. Qrupda keçirdikləri 6 qarşılaşmanın ikisində qələbə qazanan, iki görüşdə isə heç-heçə edərək 8 xal toplayan jurnalistlər dörddəbir finala qədər irəliləyiblər.