Hüseyn Cavidin ev-muzeyi Ulu Öndərin 100 illik yubileyi münasibətilə təqvim hazırlayıb
Bakı, 12 yanvar, AZƏRTAC
Hüseyn Cavidin ev-muzeyi tərəfindən hər il ənənəvi olaraq hazırlanan və nəşr edilən təqvim bu il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Təqvimdə 2023-cü il üçün əlamətdar günlər, Ümummilli Lider Heydər Əliyevin Cavidlər ailəsinin həyatında oynadığı tarixi məqamlar əksini tapıb.
Təqvimin səhifələrində böyük şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında məlumat, Cavidlər ailəsinin hər bir üzvünün müxtəlif fotoları və görkəmli sənətkarın əsərlərindən parçalar yer alıb.
Qeyd edək ki, vəsait şairin həyat və yaradıcılığının təbliği məqsədi daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]