HYUSTON-AZƏRBAYCAN TƏŞKİLATININ RƏQS QRUPU DÜNYA TÜRK FESTİVALINDA İŞTİRAK EDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, avqustun 16-17-də ABŞ-ın Çikaqo şəhərində Dünya türk festivalı keçiriləcəkdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, türk xalqları mədəniyyətinin təbliğ olunacağı festivalda Hyuston-Azərbaycan Təşkilatının nəzdindəki rəqs qrupu da iştirak edəcəkdir. Azərbaycan milli rəqslərinin ABŞ-da təbliği ilə məşğul olan və Dünya türk festivalına ilk dəfə qatılacaq bu qrup festivalda “Çiçəklər”, “Üzüm”, “Qaval”, “Kəlağayı”, “Vətən”, “Naz-nazı” və “Yallı” rəqslərini ifa edəcəkdir.
Qrupun festivalda iştirakı Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi ilə baş tutacaqdır.
Türkiyənin, Qazaxıstanın və Türkmənistanın milli rəqs kollektivləri də daxil olmaqla, festivala, ümumilikdə 5 min qonaq dəvət edilmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]