İctimai iaşə obyektlərində və mehmanxanalarda növbəti monitorinq aparılıb
Bakı, 19 oktyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Turizm Agentliyi ölkə üzrə ictimai iaşə obyektlərində 829 və mehmanxanalarda 68 monitorinq keçirib.
AZƏRTAC xəbər verir ki, keçirilmiş monitorinqlər zamanı ictimai iaşə obyektlərində 21, mehmanxanalarda isə 5 nöqsan aşkar olunub.
İctimai iaşə obyektlərində aşkar olunmuş nöqsanların 67 faizi işçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməsi, 19 faizi tibbi maskanın təmin edilməsi ilə bağlı tələbə riayət olunmamasının payına düşür. Mehmanxanalarda aşkar olunmuş nöqsanların 60 faizi mehmanxana daxilində xüsusi karantin otağının ayrılması ilə bağlı tələbə riayət olunmamasına görə qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.07.2026 [17:56]
Bu ilin birinci yarısında hotellərin gəlirləri 279 milyon manat olub
- 20.07.2026 [14:19]
Moskvada Azərbaycanın turizm potensialı təqdim olunub
- 15.07.2026 [12:26]
“Şahdağ” Turizm Mərkəzində “TourismLAB” yay düşərgəsi təşkil olunub
- 09.07.2026 [14:26]
Naftalanda müalicə turizmi ilə aqroturizmi birləşdirən infotur
- 02.07.2026 [12:05]