İctimai nəqliyyatda cibgirlik etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən yaxalanıb
Bakı, 1 mart, AZƏRTAC
Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbirləri ilə rayon ərazisində marşrut avtobuslarında əsasən qadınların çantalarından pul, sənəd, bankomat kartları və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları tərəfindən onun əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan Biləsuvar rayon sakini Ə.Həsənov olduğu müəyyən edilib.
Faktla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]