Azərbaycan Dövlət İnformasiya Agentliyi

“II Birlik Yarmarkası” Xeyriyyə Rəsm Sərgisinin açılışı olub

Bakı, 1 iyun, AZƏRTAC

Bakıda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “II Birlik Yarmarkası” Xeyriyyə Rəsm Sərgisinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB), “Leykemiya ilə Mübarizə” İctimai Birliyi, “Asterias” Təlim və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Müxtəlif ümumi təhsil müəssisələrinin şagirdləri tərəfindən ərsəyə gətirilmiş 145 əl işinin nümayiş olunduğu sərginin keçirilməsində məqsəd leykemiya xəstəliyi ilə mübarizə aparan kiçik fidanlara dəstək olmaqdır.

Qeyd olunub ki, bu təşəbbüs uşaqların yalnız yaradıcı potensialının dəstəklənməsi deyil, həm də cəmiyyətdə empatiya və sosial məsuliyyət duyğusunun təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır. Bildirilib ki, on iki mövzu üzrə çəkilən rəsm əsərlərinin müəlliflərinə əvvəlcədən təlimlər keçirilib.

“Asterias” Təlim və İnkişaf Mərkəzinin təsisçisi və təlimçisi Nərgiz Çalbay bildirib ki, xeyriyyə yarmarkasında sərgilənən rəsmlərin sahibləri istedadlarının fərqindədirlər. O qeyd edib ki, nümayiş olunan rəsmlər yalnız yaradıcı bir uşağın əl işinin təzahürü deyil, saf qəlblərin, yardımsevərliyin və birlik ruhunun göstəricisidir: “Hər rəsmin arxasında bir uşağın arzusu, gələcək üçün qurduğu planlar var. Bu sərgi yalnız maliyyə ilə bağlı deyil, birliyin, sevginin, ümidin paylaşılmasının rəmzidir”.

Daha sonra ötən il keçirilən sərginin hesabatını təqdim edən N.Çalbay deyib ki, leykemiya xəstəliyi olan uşaqlar üçün təşkil edilən hər bir tədbir xəstə uşaqlara maddi deyil, mənəvi dəstək vermək baxımından önəmlidir.

ATİB-in İdarə Heyətinin sədri Mürsəl Rüstəmov layihəni dəstəkləməkdən məmnun olduqlarını dilə gətirib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, Azərbaycanda bu günə qədər uşaqlarla bağlı bir çox qanunlarda dəyişikliklər edilib. Ölkəmizdə keçirilən xeyriyyə aksiyalarının Heydər Əliyev Fondunun və həmin Fondun prezidenti Mehriban Əliyevanın adı ilə bağlı olduğunu diqqətə çatdıran komitə sədri deyib: “Dövlət tərəfindən görülən iş vacibdir, ancaq cəmiyyət özü də xeyriyyə işlərinə hazır olmalıdır. Bir ana kimi ehtiyacı olan ailələrlə tanış oluram. Bu insanlar anlamalıdırlar ki, tək deyillər. Bu inam onlara daha çox güc verə bilər. İnsana psixoloji cəhətdən dəstək xəstəlikdən sağalmada daha çox rol oynaya bilər”.

Xalq rəssamı Arif Hüseynov çıxışında bu cür sərgilərin əhatə dairəsinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Tədbirə onlayn qoşulan Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı sabiq səfiri, beynəlxalq ekspert Metyu Brayza leykemiya xəstələrinə Heydər Əliyev Fondunun dəstəyini vurğulayıb. Bu cür uşaqların sağalması üçün Azərbaycan dövlətinin atdığı addımları alqışladığını söyləyib. Qeyd edib ki, Azərbaycanda bu sahəyə diqqət göstərilir. Yeni-yeni onkoloji mərkəzlərin açılmasına diqqət çəkən ekspert sərgi-yarmarkanın təşkilatçılarına, leykemiya xəstəsi uşaqların valideynlərinə dəstəyini ifadə edib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa leykemiyadan əziyyət çəkən ailələrin uşaqlarına dəstəyin əhəmiyyətinə toxunub. O deyib ki, sərgi-yarmarka xeyriyyə işlərinə yönəlik fəaliyyətin canlandırılması baxımından vacibdir.

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Pərviz Səfərov leykemiya kimi ağır xəstəliklə mübarizə aparan uşaqlara dəstək olmağın vacib olduğunu vurğulayıb. “Uşaqların inkişafına yönələn hər bir təşəbbüs gələcəyimizə qoyulan ən dəyərli sərmayədir”, - deyə o diqqətə çatdırıb.

Tədbirdə çıxış edən digər natiqlər qeyd ediblər ki, bu cür tədbirlərin keçirilməsi, leykemiya ilə bağlı məlumatlandırmanın artırılması xəstələrin rifahının yüksəldilməsinə dəstək ola bilər.

Daha sonra rəsm əsərləri sərgi stendində və xeyriyyə auksionunda satışa çıxarılıb.

Qeyd edək ki, artıq ikinci ildir keçirilən sərgi-yarmarkada əldə olunan vəsait leykemiya ilə mübarizə aparan uşaqların müalicəsinə və onların rifahının yaxşılaşdırılmasına yönləndiriləcək.

Müxbir - Nailə Həsənova
Fotoqraf - Tofiq Babayev

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransanın keçmiş Baş naziri: Yeliseyə gedən yoldayam

Gənc pianoçu “Renessans” adlı solo konsert proqramı ilə çıxış edib

Fransada Azərbaycanın miniatür ruhunu yaşadan rəssam-Əli Seyran İmanzadə

SOCAR, “TotalEnergies” və XRG əməkdaşlığı genişlənir

Rövşən Əmrahov: Ölkəmizdə çoxlu sayda gənc istedadlı ifaçı var

Pərviz Şahbazov: Artan geosiyasi gərginliklər və yaşıl keçid qlobal enerji mənzərəsini yenidən formalaşdırır

Görmə məhdudiyyətli uşaqlar səhnədə “Sərhədsiz imkanlar”ı nümayiş etdiriblər

Neftçi övladları Uşaqların Beynəlxalq Müdafiəsi Gününü valideynlərinin iş yerlərində qeyd ediblər

Almaniyada miqrasiya balansı iki dəfəyədək azalıb

Baş katib: İstənilən idman növünün təməli uşaq idmanının inkişafı əsasında qurulur

ESCAP: Mərkəzi Asiya regionu qlobal enerji keçidi üçün böyük potensiala malikdir

KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər

İçərişəhərdə idman bayramı: Uşaqlar məşhur çempionlarla bir araya gəliblər

“II Birlik Yarmarkası” Xeyriyyə Rəsm Sərgisinin açılışı olub

® “Azercell Könüllüləri” Uşaqların Beynəlxalq Müdafiəsi Gününü xüsusi təşəbbüslə qeyd edib 

Kişineuda Azərbaycan nağılları kitabı rumın dilində təqdim edilib

“Elləroyuğu” Yaylaq Festivalı: Şamaxıda Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsi nümayiş olunub

Xaricdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır

Energetika naziri: “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” regionlararası enerji əməkdaşlığının yeni mərhələsini formalaşdırır

Lüksemburqda LuxAz Mərkəzinin rəsmi açılışı olub

Milli Məclisin sədri Serbiyaya işgüzar səfərə gedib

Alparslan Bayraktar: Enerji keçidinin maliyyələşdirilməsində beynəlxalq maliyyə institutları və özəl sektorun iştirakı vacibdir

Azərbaycanda kənd təsərrüfatının gələcək inkişafı üçün geniş imkanlar mövcuddur ŞƏRH

Ekspert: Kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxış imkanları daha da genişləndirilməlidir

BSU Çinin Hucou Pedaqoji Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Bakı–Tbilisi–Qars dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə verilir

Kişi boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb

Pərviz Şahbazov: Mövcud enerji şəbəkələri bir çox hallarda artan tələbatı tam şəkildə qarşılamağa hazır deyil

® Ədliyyə Nazirliyinin bir sıra xidmətləri artıq “mygov” platformasında!

Pərviz Şahbazov: APRECA təşəbbüsü bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edir

Rəsədxana: İyunun ilk günlərində geomaqnit qasırğası gözlənilir

® “mygov” platformasına yeni təhsil xidmətləri inteqrasiya edilib

Məhkum valideynlər övladları ilə görüşdülər VİDEO

Məhkum valideynlər övladları ilə görüşdülər VİDEO

® Sürücülərin nəzərinə: nəqliyyat sahəsi üzrə bu xidmətlərə artıq “mygov”dan müraciət etmək mümkündür

Monteneqronun Prezidenti Yakov Milatoviçdən

® “Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək olub

Azərbaycanlı alim beynəlxalq konfransda İsmayıl Qaspıralının irsindən bəhs edib

Kambocanın Kralı Norodom Sihamonidən

İsraildə fəaliyyət göstərən “Sholumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tovdan

® “Coca-Cola” Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları işğaldan azad olunmuş rayonlarda sakinlərlə görüşüblər

Baş direktor: IRENA Mərkəzi Asiyada bərpaolunan enerji layihələrini dəstəkləyir

ARKA dövlət dəstəyi ilə film layihələri müsabiqəsinə başlayıb

IRENA: Ötən il bərpaolunan enerji sahəsində rekord göstərici qeydə alınıb

WUF13 UNEC-də yeni akademik istiqamətlərin formalaşmasına təkan verib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

® Mərkəzi Gömrük Hospitalında uşaqlara həsr edilən tibbi-sosial aksiya təşkil olunub

“TotalEnergies”: Metanın atmosferə buraxılmasının qarşısının alınması prioritetdir

Könüllü gənclər Ulu Öndərin xatirəsini şahmat turniri ilə anıblar

Gürcüstanlı nazir müavini: Region ölkələrinin enerji əməkdaşlığı yeni mərhələyə keçir

AFFA-dan Uşaqlar Günündə Xankəndidə sosial aksiya

Azərbaycan qlobal enerji dialoqunun əsas platformalarından biridir – ŞƏRH

Cəbrayılda uşaqların bayram sevinci

Şamaxı Astrofizika Rəsədxanasında tələbələrin istehsalat təcrübəsi başa çatıb

Səyyar “ASAN xidmət” avtobusunun növbəti ünvanı Daşkəsən olacaq

Albaniyalı nazir müavini: Enerji təchizatı marşrutlarının şaxələndirilməsi üçün Azərbaycanla əməkdaşlıq edirik

BMU keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsini hədəfləyir

Hindistanda gənclərin onlayn “Tarakanlar partiyası” Baş nazirə qarşı küçə aksiyası planlaşdırır

Beynəlxalq konfransda Orta Dəhlizin strateji əhəmiyyəti vurğulanıb

® “OBA” “Qonşuluqda 10 iz” layihəsi həyata keçirib

Nazir müavini: İqlim dəyişikliyi ölkənin hidroloji rejiminə birbaşa təsir göstərdiyindən enerji mənbələrinin şaxələndirilməsi prioritetdir

Yuvalayan quş növlərinin yayılması və davranış xüsusiyyətləri öyrənilir

Ən çox allergiya yaradan qidalar hansılardır?

Alparslan Bayraktar: Azərbaycanın bərpaolunan enerji resursları böyük həcmdədir

Nazirlik: “Uşaqlara kiberqayğı 2” layihəsi davam edir

Rektor: Azərbaycan və Çinin elm-təhsil müəssisələri arasında əməkdaşlığın genişlənməsi labüddür VİDEO

Rektor: Azərbaycan və Çinin elm-təhsil müəssisələri arasında əməkdaşlığın genişlənməsi labüddür VİDEO

“Neftçi” İdman Klubu uşaqları sevindirib

Azərbaycan-İran dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər nəzərdən keçirilib

CİS texnologiyaları Zəngilan və Ağdamı regionun “ağıllı” şəhər nümunəsinə çevirir – MÜSAHİBƏ

“Bədr Şirvani: yaradıcılıq prizmasından” monoqrafiyası çap olunub

Uşaq Evinin rəhbəri: Uşaqlar üçün keçirilən tədbirlər onlarda xoşbəxtlik və özünəinam hissi yaradır

Azərbaycan postmünaqişə dövründə yeni beynəlxalq şəhərsalma modeli təqdim edir ŞƏRH

Böyük Britaniya Ruanda ilə bağlı məhkəmədə qalib gəlib

Əhməd Əl Kaabi: Beynəlxalq əməkdaşlıq enerji təhlükəsizliyinin əsas şərtlərindən biridir

“Sea Breeze”də uşaqlar üçün xeyriyyə tədbiri təşkil olunub

Media: Mərmi istehsalı üçün Polşa şirkətlərinə 3,7 milyard dollar ödənilib

Milli Məclisin sədri növbədənkənar sessiyanın çağırılması haqqında sərəncam imzalayıb

Avstraliya millisinin dünya çempionatı üçün heyəti müəyyənləşib

İyunun 2-si səhərdən 3-ü gündüzədək hava fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

Hikmət Abdullayev: Mövcud neft-qaz infrastrukturuna yeni texnologiyaların inteqrasiyası SOCAR üçün əsas çağırışlar olaraq qalır

Azərbaycanda aqrar sahə ən yeni mərhələyə qədəm qoyur ŞƏRH

Qazaxıstan XİN: Ermənistanın Aİİ-dən çıxması ilə bağlı sualı erməni tərəfinin özünə ünvanlamaq daha yaxşı olardı

Nazirlik: 2020-ci ildən indiyədək 884 uşaq sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb

“TotalEnergies” “Abşeron” yatağında yeni həllərin tətbiqini planlaşdırır

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Təhsil müəssisələrində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

Gül ətirli, çiçək nəfəsli... - FOTOREPORTAJ

Avropa İttifaqı: Enerji mənbələrinin şaxələndirilməsini prioritet hesab edirik

Banqladeşli nazir: Yüksək qiymətlərlə enerji idxalı iqtisadiyyata və dövlət büdcəsinə ciddi təsir göstərir

Myanmada mədən anbarında partlayış: ölənlər arasında uşaqlar var

Türkiyəli nazir: Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanın enerji layihəsi Orta Asiyayadək uzadıla bilər

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VİDEO

® “Unibank”dan şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri

Qazaxıstan 2030-cu ilədək enerji istehsalında bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdıra bilər

Hikmət Abdullayev: Metan emissiyalarının azaldılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir

“Neftçi” kapitanı və qapıçısı ilə yeni müqavilə barədə razılığa gəlib

Ukraynanın energetika naziri: Enerji sistemlərinin dayanıqlılığının artırılması üçün yeni yanaşmaların tətbiqi vacibdir

Qazaxıstan XİN İranın nüvə probleminin həllində Astananın texniki yardım göstərməyə hazır olduğunu bəyan edib

SOCAR: Dekorbanizasiyanı hələlik tam olaraq reallaşdırmaq mümkün deyil

“Qəbələ” üç futbolçusu ilə yollarını ayırıb