III MDB Oyunları: Belarus - Rusiya oyununda heç-heçə qeydə alınıb
Qəbələ, 27 sentyabr, AZƏRTAC
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında daha bir futbol matçı keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ikinci oyununda Rusiya və Belarus yığmaları üz-üzə gəliblər.
Görüş qolsuz heç-heçə ilə başa çatıb.
İlk qarşılaşmada Azərbaycan yığması Tacikistanı minimal hesabla üstələyib - 1:0.
Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.