III MDB Oyunları: Bu gün kamandan oxatma üzrə fərdi yarışlar keçirilib VİDEO
Xankəndi, 3 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında kamandan oxatma yarışları davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xankəndi şəhər stadionunda bu gün 1/8, 1/4 və yarımfinal mərhələlərdə fərdi yarışlar keçirilib. Fərdi yarışların final mərhələsi oktyabrın 5-də baş tutacaq.
Sabah isə qarışıq komanda (1 qız və 1 oğlan), həmçinin qadınlar və kişilərdən ibarət komanda yarışları start götürəcək. Azərbaycan yığması mübarizəsini komanda yarışlarında davam etdirəcək.