III MDB Oyunları çərçivəsində qadınlar arasında keçirilən voleybol matçında millimiz qələbə qazanıb
Gəncə, 3 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında növbəti voleybol yarışı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncədə voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi Özbəkistan voleybolçuları ilə qarşılaşıb.
Qarşılaşma 3:2 hesabı ilə Azərbaycan millisinin qələbəsi ilə başa çatıb.