İki ayda 82 milyon manatlıq tikinti materialları istehsal olunub
Bakı, 31 mart, AZƏRTAC
Yanvar-fevral aylarında 82 milyon manatlıq tikinti materialları istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, iki ayda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 21,9 faiz azalaraq 82 milyon manat olub.
Tikinti gipsinin istehsalı 2,3 dəfə, hörmə üçün hazır beton qarışığının istehsalı 13,7 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 10,7 faiz, tikinti kərpicinin istehsalı 2,2 faiz artıb.
Asfalt istehsalı 5,5 faiz, tikinti əhənginin istehsalı 14 faiz, sement istehsalı 19,8 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı isə 62 faiz azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]