Azərbaycan Dövlət İnformasiya Agentliyi

İki yüzdən çox hekayənin və 50-dən artıq kitabın müəllifi

İki yüzdən çox hekayənin və 50-dən artıq kitabın müəllifi

Xalq yazıçısı Natiq Rəsulzadənin 76 yaşı tamam olur

Bakı, 5 iyun, AZƏRTAC

“Hər bir yazıçının ədəbiyyata aparan məxsusi yolu var. Mən birdən-birə yaradıcılığa atılmadım”,- deyən Xalq yazıçısı Natiq Rəsulzadə “İntihar edənin gündəliyi", "Yağışlı bayram", "Adacıq" və digər geniş oxucu rəğbəti qazanmış əsərlər ilə milyonların qəlbini fəth etdi. Ssenariləri əsasında "Mələklərə inanmayın", "Bayramda yağış", "Biz qayıdacağıq" kimi onlarla film çəkildi. Onun əsərləri bir çox xarici dildə dünyanın müxtəlif ölkələrində çap olundu, milli və beynəlxalq ədəbi mükafatlara layiq görüldü. Amma bütün bu uğurlar onu bir an da olsun dayandırmadı. O, dünən olduğu kimi bu gün də qələmə sarılaraq gənclik şövqü ilə yazıb-yaradır...

AZƏRTAC xəbər verir ki, iyunun 5-də görkəmli Azərbaycan ədibi, kinodramaturq, Azərbaycanın Xalq yazıçısı Natiq Rəsulzadənin 76 yaşı tamam olur.

Natiq Rəsul oğlu Rəsulzadə 1949-cu ildə Bakıda anadan olub, 1975-ci ildə Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. O, 55 ildən artıqdır ki, yaradıcılıqla məşğul olur.

1999-cu ildə Ümummilli Lider Heydər Əliyev ədəbiyyat və kino sahəsində qazandığı uğurlara görə Natiq Rəsulzadəyə “Əməkdar incəsənət xadimi” fəxri adı verib. Yazıçının 2019-cu ildə keçirilən 70 illik yubileyində isə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ona “Xalq yazıçısı” fəxri adı verilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülən yazıçı, həm də PEN-klub Beynəlxalq Yazıçılar Təşkilatının Azərbaycan şöbəsinin vitse-prezidentidir.

Natiq Rəsulzadə bizim haqlı olaraq fəxr edə biləcəyimiz müasirimizdir. Yazıçılıq yaradıcılığının təlatümlü cəhətləri, yaradıcı insanın cəmiyyət həyatındakı rolundan danışan Natiq Rəsulzadə həmişə belə bir fikri təkrarlayır ki, “qələmi ürəyə batırıb, qanla yazmaq lazımdır”. O, yaradıcılığının ilk günlərindən bəri bu sözləri rəhbər tutur və yazdığı hər sətirdə həmin fikirlərin əksini görmək olar. Yazıçı gənclik illərində formalaşan üslubuna sadiqdir. Təsadüfi deyil ki, onun kitabları keçmiş SSRİ dövründə olduğu kimi, bu gün də maraqla qarşılanır, məşhur rus ədiblərindən yüksək rəylər alır, bir sıra Avropa dillərinə tərcümə olunur, yazıçı ilə oxucuların hər bir yaradıcılıq görüşü isə anşlaqla keçir.

Natiq Rəsulzadənin yaradıcılığı, ilk növbədə, həyat haqqında ciddi düşüncələri, mürəkkəb dövrümüzlə bağlı fəlsəfi-bədii ümumiləşdirmələri, pərdəarxası insan münasibətləri ilə diqqəti cəlb edir. Bu mənada onun ilk əsərlərindən birini - “Gecədə atlı” povestini göstərmək olar. Anarın “İtirilmiş şəxsiyyətin ağrısı ilə” resenziyasından: “Gecədə atlı” əsərini haqlı olaraq xəbərdaredici povest adlandırmaq olar ki, burada öz ideallarına, yaradıcılıq prinsiplərinə xəyanət edən bir şəxsiyyətin süqutu, insan ruhunun tədricən məhv olması göstərilir, lakin müəllifin səmimi-qəlbdən inandığı kimi, yenidən dirçəliş üçün hələ də gec deyil” (“Bakinski raboçi” qəzeti, 6 dekabr 1989-cu il).

“Gecədə atlı” povestindən sonra yazıçı çoxlu romanlar, povestlər, hekayələr, o cümlədən “Uzunqulaq”, “Ulduzların altında yol”, “İntihar edənin qeydləri”, “Dekabr”, “Ev”, “Üçgünlük hava”, “Cazibə”, “Duel”, “Payız”, Yeddinci gecə”, “Tramvay”, “Ruhlar arasında, “Kabuslar arasında” və başqa əsərləri qələmə alıb.

Ədəbiyyatın gənc nəslin dünyagörüşünün genişləndirilməsində, düzgün təfəkkürün və ölkənin gələcəyinin formalaşmasında mühüm rol oynadığına inanan Natiq Rəsulzadə mənəvi dəyərləri yaradıcılığının əsas kredosuna çevirib.

Bakıda, Rusiyada, Avropa ölkələrində və bir çox başqa ölkələrdə çap olunmuş əllidən çox kitabın müəllifi, ədəbiyyat sahəsində bir sıra yerli və xarici mükafatların laureatı Natiq Rəsulzadə “Hüqo” ədəbi mükafatına (ABŞ) ən yaxşı bədii əsər nominasiyası üzrə namizəd olub.

Yazıçının istedadlı, maraqlı ssenarilərlə zəngin olan yaradıcılığında kinematoqrafiya böyük yer tutur. Bu ssenarilər əsasında çəkilən filmlər tamaşaçıların sevgisini qazanıb. Onların arasında vətənpərvərlik mövzusunda “Girov” (rejissor Eldar Quliyev), “Biz qayıdacağıq” (rejissor Elxan Qasımov), “Qələbə” və bir çox başqa filmlər var.

İki yüzdən çox hekayənin və 50-dən artıq kitabın müəllifi olan Xalq yazıçısı Natiq Rəsulzadə bu gün də tam fədakarlıqla çalışır, Azərbaycan ədəbiyyatının, kinosunun təkcə öz vətənində deyil, onun hüdudlarından çox-çox kənarda da tamaşaçı və oxuculara tanıdılması istiqamətində səy göstərir.

AZƏRTAC-ın kollektivi görkəmli yazıçını anadan olmasının 76-cı ildönümü münasibətilə təbrik edir, ona cansağlığı, firavanlıq və yeni yaradıcılıq uğurları arzulayır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı