İkili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü olub
Gəncə, 14 avqust, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universitetinin birgə həyata keçirdiyi beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti onlayn görüşü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş zamanı Azərbaycan Dövlət Aqrar Universitetindən Ege Universitetinə gedən tələbələrin bir illik tədris və orentasiya proqramı haqqında məlumat verilib.
Görüşdə elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdir müavini Emin Əliyev, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova və hər iki universitetin rəhbərləri iştirak ediblər.