Azərbaycan Dövlət İnformasiya Agentliyi

İkili standartlar güzgüsündə

Vaşinqton, 6 aprel (AZƏRTAC). KİV-lərin istənilən xəbər şəbəkəsini gözdən keçirəndə müşahidə edirsən ki, Koreya yarımadasında qarşıdurma ətrafında qızğın müzakirələrlə yanaşı, Malidə davam etməkdə olan münaqişə xəbərlərin əsas hissəsini təşkil edir. Mali ordusu BMT Təhlükəsizlik Şurasının və “böyük səkkizlik” dövlətlərinin üzvlərindən birinin, habelə Afrika ölkələri koalisiya silahlı qüvvələrinin bilavasitə dəstəyi ilə ölkənin ərazi bütövlüyünü bərpa etmək niyyətindədir. Malidə münaqişə və son üç ay ərzində bu ölkə ətrafında vəziyyət dünya dövlətlərinin vaxtında müdaxilə etməsi ilə təmin olunan beynəlxalq hüquq prinsiplərinin yerinə yetirilməsinin gözəl nümunəsidir. Lakin bu hadisə həm də eyni dövlətlərin başqa ölkələrə münasibətdə tətbiq etdikləri ikili standartların göstəricisi olan acı bir nümunədir. İkili standartların necə tətbiq edildiyini başa düşmək üçün, ilk növbədə, Mali münaqişəsinin detallarını öyrənmək lazımdır.

Mali Afrikanın şimal-qərbində yerləşən, Fransanın və Almaniyanın birgə ərazisi boyda ölkədir və urbanizasiyaya məruz qalmış cənubdan şimala - Böyük Səhranın boş ərazilərinədək uzanır. 1960-cı ildə Fransa müstəmləkəçiliyindən azad olub müstəqilliyini elan etdikdən sonra Mali bir neçə onillik ərzində qeyri-sabitlik və diktatura acısı yaşamışdır və nəhayət, yaxın keçmişdə qanuni seçilmiş hökuməti ilə birlikdə demokratik dövlətə çevrilmişdir. 2012-ci ilin birinci yarısında Bamako hökuməti ilə Mali ordusunun rəhbərliyi arasında münasibətlər xeyli pisləşmişdir. Nəticədə hökumət devrilmiş, hərbi idarəçilik təsis edilmişdir. Hərbi xuntanın baş tutmamasına, prezidentin icra hakimiyyətinin bərpa olunmasına baxmayaraq, siyasi hərc-mərcliyin doğurduğu kənar təsirlər ölkənin suverenliyinə mənfi təsir göstərmişdir. Hərc-mərclik, ilk növbədə, ölkənin şimalında tuareqlərdən ibarət etnik azlığın hakimiyyəti ələ keçirməsinə və separatçı rejim qurmasına şərait yaratmışdır. İkincisi, qanunsuzluq radikal islamçı silahlılarının, o cümlədən Liviyada “ərəb baharı” zamanı fəal olan qrupların ölkəyə daxil olmasına imkan vermişdir. Bu iki separatçı qrup səylərini birləşdirmiş və qanunsuz separatçı Azavad hökumətinin yaradılmasını elan etmişlər. Malidə zorakılıq halları ölkənin bir çox vətəndaşlarının həlak olması ilə nəticələnmişdir. 2012-ci ilin sonuna doğru separatçı qüvvələr ölkənin üçdə iki hissəsinə nəzarət edirdilər. Mali hökuməti tərəfindən təmin olunmuş azadlıqların olmaması səbəbindən orada tam hərc-mərclik hökm sürməyə başlamışdır.

Sözügedən hadisələrə görə BMT Təhlükəsizlik Şurası beynəlxalq asayişin bərpa edilməsi məqsədi ilə dekabrın 20-də həlledici addım atmışdır. Nüfuzlu orqan Malinin şimal hissəsində separatçıların qanunsuz idarəçiliyinə son qoymaq üçün qətiyyətli tədbirlər görülməsinə dair yekdilliklə qətnamə qəbul etmişdir. 2085 nömrəli qətnamə qəbul ediləndə Bamakonun nəzarət edə bilmədiyi ərazidə zorakılığın aradan qaldırılması üçün Afrikanın çoxmillətli qüvvələrinin bir il müddətinə Malidə dislokasiya olunması planlaşdırılmışdı. Eyni zamanda, qətnamə icra strukturlarının üzərinə müxtəlif öhdəliklər qoymuş, bununla da beynəlxalq koalisiya qüvvələrinə yalnız bütün siyasi alternativlər sınaqdan keçirildikdən sonra fəaliyyət göstərmək imkanı yaratmışdır. Sənəddə demokratik seçkilər keçirmək və ölkə hökumətinin işinə hərbi müdaxiləyə son qoymaq tələbi də yer almışdır. BMT-nin rəsmi şəxslərinin sözlərinə görə, hərbi əməliyyatlar 2013-cü ilin payızında başlaya bilərdi. Qərbi Afrika İqtisadi Birliyi (ECOWAS) ölkələri artıq öz üzərinə 3300 əsgəri hərbi missiya ilə göndərmək öhdəliyi götürmüşdür. Qətnamə Afrika ittifaqının birgə qüvvələrinə “zorakılığı dayandırmaq üçün bütün zəruri tədbirlərdən istifadə etmək” (Malidə separatçı hərəkatı dayandırmaq üçün qeyd-şərtsiz güc tətbiq edilməsinə yol açan termin) imkanı vermişdir.

Qətnamə qəbul ediləndən dərhal sonra Malinin xarici işlər naziri Tieman Kulibali “beynəlxalq birliyin terrorizmə və mütəşəkkil transmilli cinayətkarlığa qarşı mübarizəyə” sadiqliyinə görə BMT Təhlükəsizlik Şurasına minnətdarlığını bildirmişdir. Ertəsi gün qiyamçı qüvvələrin başçıları bəyanatlarla çıxış etmişlər. “Əl-Qaidə” terrorçu təşkilatı ilə bağlı olan “Ansar Dayn” qruplaşmasının islamçı separatçıları və qiyamçı tuareqlərin MNLA (Azavad Milli Azadlıq Hərəkatı) hərəkatının rəhbərləri hərbi əməliyyatların dayandırılması və barışığın başlanması barədə rəsmi məlumat dərc etmişlər.

Əslində, separatçıların bəyanatı beynəlxalq qüvvələrin Malinin şimalında dislokasiyasını ləngitmək və fasiləsiz döyüş əməliyyatları aparmaq üçün yenidən qruplaşmaq cəhdi idi. Yeni il separatçıların Konna şəhərinə hücumu və onu işğal etməsi ilə başlanmışdır. Mali ordusunun böyük hərbi bazasına aparan yolda yerləşən bu strateji məntəqənin ələ keçirilməsi Fransa hökumətini fəaliyyətə keçməyə sövq etmiş və “Serval” adlı əməliyyatın başlanması ilə nəticələnmişdir. BMT-nin mandatı üzrə Qərbi Afrika İqtisadi Birliyi (ECOWAS) ölkələrinin çoxmillətli qüvvələrinin dəstəyi, habelə Belçika, Kanada, Danimarka, Almaniya, Niderland, İspaniya, Böyük Britaniya və ABŞ-ın maddi-texniki köməyi ilə Fransa-Mali koalisiyasının separatçılara qarşı hərbi əməliyyatları bu günədək davam edir, hərçənd Mali hadisələri qanunsuzluğa qarşı beynəlxalq koalisiyanın ürəkaçan əməkdaşlığı ilə yanaşı, başqa ölkələrə münasibətdə ikili standartlar tətbiq edilməsi barədə məsələni qabardır. Məsələn, 1988-ci ildən başlayaraq qonşu Ermənistanla etnik və ərazi münaqişəsinin cəngində olan Azərbaycan Respublikasına münasibətdə. Münaqişə genişlənərək, 1992-ci ildə elan edilməmiş müharibəyə çevrilmiş və 1994-cü ilin mayında atəşkəs haqqında saziş imzalananadək davam etmiş, beləliklə, suveren Azərbaycanın əzəli ərazisinin 16 faizini təşkil edən Qarabağ regionunu erməni silahlı qüvvələrinin işğalı altında saxlanmış, dünyada ən böyük humanitar böhranlardan birini yaratmışdır. Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlayan andan beynəlxalq birliyi beynəlxalq hüquq və normaların müdafiəsinə cəlb etmək üzrə siyasi səyləri səfərbərliyə almaq üçün mümkün olan hər şeyi etmişdir. Təəssüf ki, ilkin səylər uğurla nəticələnməmiş, erməni silahlı qüvvələrinin azğınlıqlarının üstündən sükutla keçilməsi 1992-ci ildə Xocalı, Daşbulaq, Malıbəyli, Quşçular və Ağdabanda faciələrə gətirib çıxarmış, nəticədə yüzlərlə günahsız vətəndaş həlak olmuşdur. Hazırda Malinin şimalında müşahidə olunan qadınların ölənədək daşqalaq edilməsi və ya yeniyetmə qızların zorla nikaha təhrik edilməsi ilə müqayisədə xeyli dərəcədə daha dəhşətli olan misli görünməmiş qəddarlıq erməni silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan regionlarında törədilmişdir. Erməni silahlı dəstələri Xocalıda dinc azərbaycanlı əhalini, canlı insanları və ölüləri təhqir etmiş, onların gözünü çıxarmış, əsirləri diri-diri yandırmış, qadınları övladlarının gözü qabağında zorlamış, əsir götürülmüş dinc vətəndaşların qulaqlarını, burunlarını, cinsiyyət orqanlarını kəsmişlər. Bütün bu vəhşiliklərin beynəlxalq jurnalistlərin qətliam yerindən hazırladıqları məruzələrdə tam gerçəkliyi ilə əksini tapmasına baxmayaraq, böyük dövlətlərin hökumətlərinin göstərdiyi reaksiya yalnız işğalçı erməni ordusuna hər hansı fiziki təsir olmadan diplomatik şəkildə tərtib edilmiş bəyanatlar olmuşdur. Separatçılara qarşı əməliyyatlara hazır olan heç bir beynəlxalq koalisiya olmamışdır. Heç bir ultimatum olmamışdır. Dağlıq Qarabağın mülki azərbaycanlı əhalisinə və ərazi bütövlüyünü bərpa etmək üçün Azərbaycan hökumətinə heç bir yardım çağırışı olmamışdır. Dünya birliyi tərəfindən reaksiyanın olmadığını görən erməni hərb maşını işğalçı siyasətini hələ iki il davam etdirmiş və Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafında daha yeddi rayon dalbadal işğal edilmiş, ermənilərin 600 minədək azərbaycanlını doğma torpağında etnik təmizləməyə məruz qoymasına şərait yaratmışdır. BMT TŞ-nin Azərbaycan ərazilərinin işğalını pisləyən və erməni qoşunlarının çıxarılmasını tələb edən 822, 853, 874, 884 nömrəli dörd qətnaməsi ermənilərin Azərbaycana qarşı təcavüzü nəticəsində qəbul edilsə də, BMT-nin ən nüfuzlu orqanı onun icrasına hələ də başlamamışdır.

Malidə münaqişənin eskalasiyasından sonra beynəlxalq kütləvi informasiya vasitələrində beynəlxalq koalisiyanın bu ölkəyə müdaxiləsinə bəraət qazandıran bir neçə səbəb göstərilmişdir. Azərbaycana qarşı ikili standartların tətbiqinə dair narahatlığı tam başa düşmək üçün Mali münaqişəsi ilə bağlı vəziyyəti öyrənmək və Ermənistan-Azərbaycan münaqişəsi ilə müqayisə etmək lazımdır.

Birinci səbəb ölkənin mövqeyidir. Mali dənizə çıxışı, heç bir əhəmiyyətli şəxsi resursu olmayan geniş ərazini əhatə edir və separatizmlə bağlı öz problemləri olan digər qeyri-sabit ölkələrlə həmsərhəddir. Çoxsaylı səhraları və mağaraları olan bu ölkə, xüsusən, onun separatçıların azğınlıq etdiyi Azavad vilayəti Afrikada terrorçu təşkilatlar şəbəkəsinin genişlənməsi üçün mərkəz rolu oynaya bilər ki, bu da öz növbəsində terrorçuların Avropada və ya Yaxın Şərqdə fəaliyyətinə mütləq təsir göstərəcəkdir. Bundan əlavə, qanuni hökumət tərəfindən nəzarət edilməyən ərazilər kimi bu torpaqların narkotik və insan alverçiləri üçün sığınacağa çevrilməsi ehtimalı vardır ki, bu da son nəticədə Avropa qitəsində sabitliyin pozulması ilə nəticələnə bilər.

Hazırda hərbi işğal şəraitində olan və qanuni qurum kimi heç bir dövlət tərəfindən tanınmayan Azərbaycanın Dağlıq Qarabağ regionu Malinin Azavad regionunu xatırladır. Malidə olduğu kimi Dağlıq Qarabağ separatçıları da Ermənistan hökumətinin dəstəyi ilə işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparmış və beynəlxalq qurumların monitorinqinin olmadığı qanunsuz hərbi-nəzarət qurumu yaratmışlar. Başqa sözlə desək, burada beynəlxalq hüquq və normalar qüvvədən düşmüşdür, çünki bu qurum heç bir dövlət tərəfindən tanınmır və qəbul edilmir. Bir neçə il ərzində KİV-lərdə həmin ərazilərdən narkotik alveri və PKK kimi terrorçu təşkilatların üzvlərinin hazırlanması proqramları üçün istifadə olunması barədə çoxsaylı məlumatlar yer almışdı. Azərbaycan Respublikasının Dağlıq Qarabağ vilayətində hətta sovet hakimiyyəti illərində və münaqişə böyüyərək genişmiqyaslı müharibəyə çevrilməsindən əvvəl “Vrej” kimi erməni terrorçu təşkilatları silahlılara təlim keçir, silah tədarük edir, DQMV-də və onun ətrafında terror aktları törədir, bununla da Azərbaycanın infrastrukturuna ciddi ziyan vururdular. Hələ dinc əhali arasında çoxsaylı qətllərdən danışmırıq. Səs-küyə səbəb olmuş terror hücumları arasında 1989-cu il sentyabrın 16-da və 1990-cı il avqustun 10-da müvafiq olaraq Tbilisi-Bakı və Tbilisi-Ağdam avtobuslarında partlayışları, habelə 1991-ci il aprelin 30-da və iyulun 31-də Moskva-Bakı qatarlarında törədilmiş partlayışları sadalamaq olar. Həmin terror aktları nəticəsində çoxlu günahsız vətəndaş həlak olmuşdu.

İkinci səbəb budur ki, Qərb KİV-ləri bunu “islam cihadının ixracı” adlandırmışlar. Koalisiyaya daxil olan ölkələr islam radikallarının öz etiqadının ekstremist interpretasiyasını və radikal ideologiyanı Qərb ölkələrindəki əcnəbi vətəndaşlara ixrac etmək üçün bəlli imkanlara malik olmasından narahatlıq keçirirlər. Fransadakı müsəlman azlığının sayı çox olduğu üçün təbii ki, belə bir vəziyyət fransızlarda böyük narahatlıq doğurur, çünki ölkə Afrikanın bilavasitə yaxınlığında yerləşir və onunla gündəlik kommunikasiya əlaqələri saxlayır. Bu isə o deməkdir ki, Fransa terror hücumları qarşısında indi həmişəkindən çox zəifdir. Buna 2012-ci ilin martında Tuluzada yeddi fransızın radikal islamçı tərəfindən qətlə yetirilməsini misal gətirmək olar.

Azərbaycanın Dağlıq Qarabağ regionunun işğal edilmiş ərazisinin legitim hökumət tərəfindən idarə olunmaması və beləliklə, beynəlxalq təşkilatların “radarından” kənarda qalması faktı da analoji narahatlıq doğurur ki, bu da terrorçu və istənilən digər kriminal fəaliyyətin heç bir maneə olmadan ixrac olunmasına imkan verir. Bu, PKK terrorçu təşkilatının fəaliyyətini ehtiva edir (lakin məhdudlaşdırmır). Əldə olan məlumatlara görə, PKK öz əməliyyatçılarını Azərbaycanın Qarabağ regionunun ermənilərin nəzarəti altında olan hissəsində yerləşdirmişdir. Bundan əlavə, dəfələrlə aeroportların ofislərini, qatarları partlatmış, diplomatları qətlə yetirmiş erməni terrorçuları da Qarabağda sığınacaq tapmışlar. Onların separatçı qurum çərçivəsində Qarabağa və geriyə yerdəyişməsinə Ermənistanın hakimiyyət orqanları tərəfindən nəinki nəzarət olunmur, hətta icazə verilir və təşviq edilir. Azavaddakı radikal islamçılar kimi erməni separatçıları da terrorçular hazırlaya, Qarabağın hüdudlarından kənarda terrorçuları silahla təchiz edə, döyüş əməliyyatlarını, habelə erməni irredent ideologiyasını Türkiyə, Gürcüstan və regionun istənilən digər ölkəsinin ərazisinə ixrac edə bilərlər.

Maliyə beynəlxalq müdaxilə üçün üçüncü səbəb bu ölkənin dünya şöhrətli mədəni irsinin olması və həmin irsin separatçı qüvvələrin nəzarəti altında təhlükəyə məruz qalmasıdır. Timbuktu şəhəri dünyada islama dair minlərlə sənəd və kitabdan, gözəl məbəd və məscidlərdən ibarət dini təhsil mərkəzi kimi məşhurdur və UNESCO-nun Dünya maddi irs obyekti sayılmışdır. Orta əsrlərə aid islam kitablarından ibarət bu dəyərli kolleksiya Azavad separatçıları tərəfindən bütpərəstlik sayılmış və daha sonra yandırılmışdır. Bu cinayət özlüyündə Malinin mədəni irsinin xeyli hissəsini Yer üzündən silmişdir.

Azərbaycan mədəni irsinin döyünən ürəyi, tanınmış musiqiçilərin, rəssamların və şairlərin vətəni Şuşa şəhərinin, onun gözəl tarixi abidələrinin, məscidlərinin aqibəti də eyni olmuşdur. İşğal olunmuş ərazilərin bir çox yaşayış məntəqələrində Azərbaycan əhalisinin Qarabağda yaşadığı bütün müddət ərzində mövcud olmuş və UNESCO-nun Dünya irsi kateqoriyasına uyğun gələn kitabxana, muzey və memarlıq abidələri artıq yoxdur. Qarabağın Azərbaycan-türk irsinin , demək olar, bütün əlamətləri erməni xuntası tərəfindən silinmiş, Azərbaycanın işğal olunmuş regionu Azərbaycan irsinin izləri olmayan monoetnik quruma çevrilmişdir. Qarabağ dağları üzərində ucalan Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidlərinin yalnız xarabalıqları qalmışdır. Bir vaxtlar çiçəklənən, öz mədəni müxtəlifliyi ilə valeh edən, on minlərlə azərbaycanlının yaşayış məskəni olan başqa bir şəhər - Ağdam da yer üzündən silinmişdir. Azərbaycan memarlığının heç bir əlaməti yoxdur. Artıq nə yüz kilometrlərlə uzaqdan muğamın sədaları, nə də səhər azanı eşidilir. Ağdam erməni ordusunun Azərbaycan xalqına vurduğu psixoloji travmanın əlaməti olaraq kabus şəhər adlandırılmışdır.

Dördüncü səbəb humanitar böhran problemindədir. BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarı İdarəsinin məlumatına görə, 2012-ci ilin yanvarında müharibə başlayandan etibarən 350 mindən çox adam Malidə baş alıb gedən zorakılıq hallarından qaçmışdır. Qaçqınlar qonşu Mavritaniya, Əlcəzair, Burkina-Faso və Nigerdə məskunlaşmışlar.

Azərbaycanın daşıdığı yük Mali ilə müqayisədə daha ağırdır. 1988-ci ildə münaqişə başlayandan etibarən təxminən 250 min azərbaycanlı Ermənistandan deportasiya edilmiş, münaqişənin 1992-1994-cü illərdə irimiqyaslı müharibəyə çevrilməsinə gətirib çıxarmış eskalasiyası başlayandan sonra 600 minədək dinc azərbaycanlı sakin erməni silahlı qüvvələrinin təzyiqi altında Qarabağdakı ev-eşiklərini tərk etmək məcburiyyətində qalmış, bununla da öz ölkələrində məcburi daxili köçkünə (IDPs) çevrilmişdir. Atəşkəsdən sonra qaçqınların sayı xeyli artaraq bir milyon nəfəri ötmüşdür. Münaqişə nizama salınmadığı və Ermənistanın hakimiyyət orqanları qaçqınların öz doğma yurd-yuvalarına dönməsinə icazə verməkdən imtina etdiyi üçün Azərbaycan dünyada əhalinin adambaşına düşən qaçqınların sayının ən yüksək olduğu ölkə kimi qalmaqdadır.

Tərifəlayiq haldır ki, Fransa digər Qərb ölkələrinin dəstəyi ilə Afrika ölkəsinin suverenliyinin bərpa edilməsi üzrə uğurlu əməliyyat aparır və bununla beynəlxalq hüququn aliliyini bərqərar edir, lakin, eyni zamanda belə bir fakt da şoka salır ki, beynəlxalq hüququn eyni prinsiplərinə Cənubi Qafqaz regionunda məhəl qoyulmur, halbuki Maliyə müdaxilə etmək üçün səbəblər eynən Azərbaycanda da mövcuddur. Fransa 1997-ci ildən ATƏT-in Minsk qrupunun həmsədridir, lakin Fransa hökuməti BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə dörd qətnaməsinin həyata keçirilməsinə dair qəti mövqeyini bir dəfə də olsun bildirməmişdir. Əksinə, Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin 2011-ci ildə Kazanda üçtərəfli görüşündən bir gün əvvəl Fransanın sabiq prezidenti Nikola Sarkozi prezident S. Sarkisyana mədhnamə göndərərək, eksplitsit şəkildə Ermənistanı “Fransanın bacısı” adlandırmışdır ki, bu da Ermənistan liderini BMT TŞ-nin erməni qoşunlarının çıxarılmasını tələb edən qətnamələrinin Fransanın vecinə olmadığına inandırmağın əlaməti və azərbaycanlı qaçqınların taleyinə biganəliyin əlamətidir. Bu ilin yanvarında Fransanın başçılıq etdiyi “Serval” əməliyyatı başlayanda yenicə prezident seçilmiş Olland bildirmişdir ki, Mali “şimalda (ölkənin) terror təcavüzü ilə üzləşmişdir” və “terrorçular bilməlidirlər ki, Fransa həmişə o yerdə olacaqdır ki, orada təkcə öz mənafeləri təhlükə altında deyildir, azadlığa və demokratiyaya can atan ölkənin hüquqları təhlükə altındadır”.

Düşünmək üçün informasiya. Erməni “miatsumu” başlayandan etibarən Azərbaycanın Dağlıq Qarabağ regionu ora gələn erməni terrorçuları tərəfindən iflic vəziyyətinə salınmışdır. Onlar mülki obyektlərə hücumlar təşkil edərək, münaqişəni eskalasiyaya - müharibəyə gətirib çıxardılar. Məşhur beynəlxalq terrorçulardan biri Monte Melkonyandır. O, Xocalıda, habelə Kəlbəcər, Xocavənd rayonlarında törədilmiş digər kütləvi qətllərdə öz “barmaq izlərini” qoymuşdur. Terrorizmə qarşı “müqavimət göstərən” Fransa o zaman harada idi və indi haradadır? Nə üçün o, Azərbaycanın - Fransa üçün xeyli dərəcədə daha böyük əhəmiyyət daşıyan, yetərincə gəlirli müqavilələrə sahib olduğu ölkənin ərazi bütövlüyünün bərpası üçün heç bir koalisiya kampaniyası aparmır? Suveren Azərbaycana qarşı davam etməkdə olan təcavüzə münasibətdə Fransanın və Təhlükəsizlik Şurasının digər aparıcı üzvlərinin fəaliyyətsizliyi Ermənistan rəhbərliyinə və onun Xankəndindəki oyuncaq rejiminə işğalçı siyasət yürütmək üçün daha böyük qətiyyət verir.

Təəssüf ki, bu gerçəkliklər bu gün də - Azərbaycanın Kəlbəcər rayonunun işğalının 20-ci ildönümü günü də mövcuddur. 1993-cü ildə, bir neçə həftə ərzində Kəlbəcərin əhalisinin sayı 83 min 900 nəfərdən çox olan vilayət mərkəzi və 151 kəndi erməni qoşunları tərəfindən etnik təmizləməyə məruz qalmış, bununla da azərbaycanlıların kütləvi şəkildə qovulmasına başlanmış və Cənubi Qafqazda misli görünməmiş humanitar böhran yaranmışdır. Kəlbəcər rayonunun işğalı Azərbaycan xalqının psixoloji vəziyyətinə dağıdıcı təsir göstərmişdir. Təkcə ona görə yox ki, qaçqın düşən insanlar erməni hərbçilərinin vəhşiliklərinə məruz qalmışdır, ərazi itirilmişdir. Ona görə ki, beynəlxalq birlik bu hadisələrin və Azərbaycan qaçqınlarının taleyi üzərindən hələ də sükutla keçir.

BMT-nin Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da, Kəlbəcərin işğalından 28 gün sonra 822 nömrəli qətnamə qəbul edərək, hərbi əməliyyatların dayandırılmasını və işğalçı qüvvələrin Kəlbəcər rayonundan çıxarılmasını tələb etmiş, Azərbaycanın ərazi bütövlüyü prinsipini bir daha təsdiq etmişdir. Buna baxmayaraq, qətnamə 20 il sonra da BMT iqamətgahının rəflərində toz basmaqdadır. Kim bilir, 822 nömrəli qətnamənin və Azərbaycanın daha altı rayonunun işğalından sonra altı ay ərzində qəbul edilmiş digər üç qətnamənin həyata keçirilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətiyyətini bəlkə də nə vaxtsa görəcəyik. Biz hələ ümid edirik.

Yusif Babanlı

AZƏRTAC

Vaşinqton

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib