İkinci qrupda dövlət sifarişli yerlərin sayı artırılıb
Bakı, 11 avqust, AZƏRTAC
İkinci ixtisas qrupunda da demək olar ki, bütün universitetlər dövlət sifarişli (DS) yerlər təqdim edirdi.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O qeyd edib ki, amma bu il beynəlxalq ticarət logistika və marketinq ixtisası üzrə Bakı Mühəndislik Universiteti dövlət sifarişli yerlərin verilməsində iştirak edir. Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı dövlət və bələdiyyə idarəetmə ixtisası üzrə DS siyahısında var. Bu, bu il üçün yenilikdir. Bakı Dövlət Universitetində isə statistika ixtisası DS plan yerlərində siyahıda var.
M.Abbaszadə qeyd edib ki, ikinci ixtisas qrupunda Azərbaycan Dövlət Aqrar Universitetinin Türkiyə Egey Universiteti, Naxçıvan Dövlət Universitetində Türkiyə Çankırı Universiteti ilə ikili diplom proqramı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:23]
Azərbaycan Universitetində “Bir məqalə, iki nəsil” layihəsinə başlanılıb
- 09.06.2026 [12:21]
Xaqani Şirvani və dövrünün siyasi-mədəni mühiti - dəyirmi masa
- 08.06.2026 [18:26]
Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub
- 08.06.2026 [17:35]
Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları
- 08.06.2026 [17:28]