İkinci rübdə maliyyə axınlarının həcmi 6,5 faiz artıb
Bakı, 11 iyul, AZƏRTAC
Bu ilin ikinci rübündə maliyyə axınlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz və ya 1,8 milyard manat artaraq 29,2 milyard manat təşkil edib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, 2022-ci ildə olduğu kimi, 2023-ci ilin eyni dövründə də ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (30,7 faiz), ticarət, nəqliyyat vasitələrinin təmiri (14,4 faiz) və tikinti (10,2 faiz) olub. Daxilolmalarda ötən ilin müvafiq dövrünə nəzərən artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahələri isə mədənçıxarma sənayesi (624,4 milyon manat artım) və nəqliyyat və anbar təsərrüfatı (547,9 milyon manat artım) sahələri təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]