Azərbaycan Dövlət İnformasiya Agentliyi

İkinci tur: Gürcüstan hansı yolu seçəcək?

İkinci tur: Gürcüstan hansı yolu seçəcək?

Qonşu ölkədə prezident seçkisinin ikinci turu maraqla gözlənilir. Ekspertlər seçkinin birinci turu ilə bağlı analizlər verir və onlardan müəyyən proqnozlar meydana gəlir. Ümumi mənzərəyə görə, Gürcüstanda siyasi vəziyyət aydınlaşmayıb. Hakim "Gürcü arzusu" ilə müxalif "Vahid milli hərəkat"ın nəticələri təqribən bərabərdir. Birincilərin namizədi S.Zurabişvili 38,64 faiz, müxaliflərin namizədi Q.Vaşadze isə 37,74 faiz səs toplayıb. Müxaliflər iddia edirlər ki, bu nəticə onların namizədlərinin seçki kampaniyasına olan güclü təzyiqlərin nəticəsidir. Yəni, əslində, cəmiyyət "Vahid milli hərəkat"ı dəstəkləyir. Reallıqda bunun belə olub-olmadığı barədə fikir bildirmək tələskənlik olardı. Hər bir halda ortada iki namizədin demək olar ki, eyni miqdarda səs topladığı faktı göz önündədir. Bu, bütövlükdə ölkədə siyasi vəziyyəti bir qədər həssas hala gətirir. Yəni hansı tərəfin qalib gələcəyi aydın deyil, eyni zamanda, vəziyyəti öz xeyrinə dəyişmək üçün tərəflər radikal addımlar ata bilərlər. Bütün bunlar Gürcüstanda siyasi dinamikaya necə təsir edə bilər? Region səviyyəsində geosiyasi mənzərə hansı istiqamətə təkamül edə bilər? Bu kimi suallara cavab üzərində dayanmaq maraqlı olardı.

"Arzu"dan "birliy"ə: Gürcüstan siyasi şüurunun dəyişmə dinamikası

Gürcüstanda prezident seçkisinin birinci turunun nəticələrini dünya mediası, nədənsə, sensasiya kimi təqdim etməyə çalışır. Görünür, hesab edilir ki, "Gürcü arzusu" ölkəni tələb olunan səviyyədə demokratik qaydada idarə edib. Mümkündür ki, ekspertlər Bidzina İvanişvilinin başçılıq etdiyi siyasi hərəkatı müasir mərhələdə Gürcüstan üçün optimal hesab etsinlər. Ancaq ortada tamamilə fərqli faktlardır.

Belə ki, Gürcüstan vətəndaşları "Gürcü arzusu"nu tam qəbul etmirlər. Çünki son illər ölkədə korrupsiya, rüşvətxorluq, milli münasibətlərdə gərginlik artıb. Mixeil Saakaşvilidən sonrakı dönəmdə bu istiqamətlərin heç birində müsbət irəliləyiş qeydə alınmayıb. Və burada söhbət heç də qeyri-gürcülərdən getmir. Gürcü xalqının özü dəfələrlə əyriliklərin artmasından narahatlığını ifadə edib.

"Gürcü arzusu"nun hakimiyyəti müddətində ölkənin sosial-iqtisadi problemləri həll edilməyib. Hərbi sahədə hansısa irəliləyiş gözə dəymir. Bu müddətdə müxalifət daha da güclənib və onun arqumentləri artıb. Bütün bunlara görə də əsas sual budur: necə olub ki, prezident seçkisində müxalifətin nümayəndəsi qalib gəlməyib?

İndi ekspertlər Gürcüstanda seçkinin demokratik keçdiyi haqqında ağızdolusu danışırlar. Bəlkə də səsvermə prosesi beynəlxalq qaydalara uyğun keçirilib. Lakin təbliğat mərhələsində müxaliflərə ciddi əngəllər törədildiyinə dair çoxlu sayda faktlar var. Xüsusilə qeyri-gürcülər yaşayan bölgələrdə daha kobud və qaba üsullara əl atıblar. Bu "siyasi yekəxanalıq" təbii ki, Gürcüstan cəmiyyətinin daxili problemlərindən qaynaqlanır, ancaq Avropa İttifaqı və NATO-ya üz tutduğunu deyən bir dövlət üçün böyük problemdir.

Bunlara onu da əlavə edək ki, prezidentliyə namizədlərdən biri olan Salome Zurabişvili seçki marafonunda şovinist xarakterli fikirlər ifadə edib. Xanım namizəd ermənilər qarşısında çıxış edən zaman Mixeil Saakaşvilini milli ayrı-seçkilik salmaqda ittiham edib. Guya Gürcüstanın keçmiş Prezidenti Ahıska türklərinə vətəndaşlıq verib, ermənilərə verməyib. Birincisi, ermənilər yox, Ahıska türkləri Gürcüstandan deportasiya olunublar. İkincisi, onlar S.Zurabişvilinin evinə deyil, öz evlərinə qayıtmaq istəyiblər. Üçüncüsü, türklərin çox az qisminə geri qayıtmaq nəsib oldu, özü də gizli aparılan gürcüləşmə siyasəti çərçivəsində. Demək olar ki, bu məsələ ilə bağlı rəsmi Tbilisi üzərinə götürdüyü öhdəliyə əməl etmədi. Bəs S.Zurabişvili nədən narazıdır?

Bizcə, o, sadəcə olaraq, ermənilərin səsini qazanmaq üçün manipulyasiya edib. Bu da mənfi nəticə verib. Gürcüstanda yaşayan azərbaycanlılar səslərini "Güc birlikdədir" düşərgəsinin nümayəndəsinə veriblər. Maraqlıdır ki, bir sıra gürcü ekspertləri özlərini elə aparırlar ki, guya S.Zurabişvilinin sözlərində bir qüsur yoxdur. Bu da təhlükəlidir, çünki ölkə etnik ayrı-seçkilik dalğası üzərində həqiqi mənada parçalana bilər. Gürcü siyasi və ekspert dairələrinin bir qismi, görünür, hələ də regionda Türkiyə və Azərbaycan faktorunu lazımi səviyyədə dərk edə bilməyiblər.

Bunların fonunda Gürcüstanda prezident seçkisinin ikinci turu haqqında geosiyasi kontekstdə hansı nəticələri çıxarmaq olar?

Seçim anı: regional sabitlik, yaxud böyük güclərin qarşıdurması?

Fikrimizcə, mübarizə gərgin keçəcək. Hansı namizədin - Qriqol Vaşadze və ya Salome Zurabişvilinin qalib gələcəyi barədə proqnoz vermək çətindir. Çox şey Gürcüstan iqtidarının nə dərəcədə seçki prosesinə müdaxilə edəcəyi ilə bağlı olacaq. Burada Ermənistan variantı da mümkündür. Yəni müxalifətin namizədi Q.Vaşadzenin qalib gəlməsi əngəllənmir. Bununla "Gürcü arzusu" cəmiyyətdə getdikcə güclənən narazılıq dalğasının qarşısını müəyyən qədər psixoloji aspektdə alır. Eyni zamanda, özünə sərf edən kontekstdə siyasi mühiti idarə etmək şansı əldə edir.

Belə ki, Q.Vaşadze real olaraq "toy prezidenti" olur. Onun funksiyaları məhdudlaşdırılır. Məsələn, parlamenti buraxmaq səlahiyyəti əlindən alınır. Mixeil Saakaşvilini əfv etmək ixtiyarını da itirir. Bununla əhalini inandırırlar ki, müxalifət gücsüzdür, heç bir problemi həll etmək iqtidarında deyil.

Sonra, M.Saakaşvili tərəfdarları parlamentin buraxılması üçün etiraz aksiyalarını təşkil etməyə cəhd göstərə bilərlər. Onda onları ölkədə sabitliyi pozmaqda ittiham etmək şansı yaranır. Bu halda Gürcüstanın "Paşinyanı"nın meydana çıxması ehtiyacı yarana bilər ki, bu rolu da oynaya biləcək siyasətçi yoxdur. Deməli, yenə də "Gürcü arzusu" dividend qazanmış olur. Əgər bu baş tutsa, Gürcüstan cəmiyyətində siyasi bədbinliyin artması ehtimalı yüksələcək.

Bir sıra ekspertlər hesab edirlər ki, Gürcüstan parlament üsul-idarəsinə tam olaraq keçib. Ola bilsin ki, görünüş belədir. Lakin hər kəs bilir ki, ölkə pərdə arxasından Bidzina İvanişvilinin direktivləri ilə idarə olunur. Yəni sonuc olaraq bir adamın diktəsi həlledici faktordur. Bu isə özünəməxsus korrupsiya sistemi və avtoritar rejim yaratmaq anlamına gəlir. Burada ekspertlərin Gürcüstan siyasi səhnəsini xarakterizə etdikləri bir məqamı vurğulamaq yerinə düşərdi.

Gürcüstanda hesab edirlər ki, 2012-ci ildə "Vahid milli hərəkat" partiyasının parlament seçkisində məğlubiyyətindən sonra "koabitasiya" vəziyyəti yarandı. "Koabitasiya" fransız sözü olub "dinc birgəyaşayış" mənasını verir. Yəni rəsmi olaraq siyasi-ideoloji müttəfiqlik yoxdur, ancaq iki fərqli düşərgə "vətəndaş nikahındadırlar". Lakin siyasi mühitə bir qədər "fərqli" məna çaları verən və hüquqi təsdiqi olmayan bu vəziyyət çox davam edə bilməz. Tərəflər ya hüquqi-siyasi olaraq ortaq dil tapmalıdırlar, ya da parçalanma daha da güclənməlidir. İndi gürcü ekspertlər məhz bu məqama diqqət çəkirlər. Koabitasiya mərhələsi başa çatandan sonra Gürcüstan siyasi səhnəsi necə olacaq?

Məsələnin başqa tərəfi regional geosiyasi mənzərəyə bağlıdır. Gürcüstan da Ermənistan kimi geosiyasi qeyri-müəyyənlik mənbəyinə çevrilə bilərmi? O halda beynəlxalq layihələrin taleyi necə ola bilər? Bu, doğrudan da, hadisələrin çox riskli bir gedişatı olardı. Gürcüstan geosiyasi və siyasi olaraq sabit olmağa məhkumdur. Bunda Qərb, Azərbaycan, Avropa, Türkiyə maraqlıdırlar. Amerika xüsusilə enerji və nəqliyyat layihələrində Gürcüstanın etibarlı tərəfdaş olmasını daha çox arzulayır. Deməli, seçkidə hər hansı saxtakarlıq Tbilisi üçün pis nəticələr verə bilər. Təsadüfi deyil ki, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Cənubi Qafqaz ölkələrinə səfəri zamanı bu kimi məqamları nəzərdə tutaraq seçkinin demokratik keçirilməsi zərurətini Gürcüstan rəhbərlərinin diqqətinə çatdırdı.

Azərbaycan da Gürcüstanda demokratik seçki keçirilməsinin tərəfdarıdır. Gürcüstan strateji tərəfdaş kimi önəm daşıyır. Eyni zamanda, Gürcüstanın güclü dövlət olması Azərbaycanın xeyrinədir. Sirr deyil ki, bir çox sahələrdə iki ölkə arasında strateji müttəfiqlik vardır. Bu səbəbdən Gürcüstanda seçkinin şəffaf keçirilməsi və onun nəticələrinin cəmiyyət tərəfindən tam qəbul edilməsi Bakı üçün çox vacibdir. Azərbaycan Gürcüstanın inkişafını səmimiyyətlə arzulayan qonşu və dost dövlətdir.

Beləliklə, Gürcüstan növbəti dəfə tarixi imtahan qarşısındadır. Prezident seçkisindən sonra bu ölkədə yarana biləcək vəziyyətdən regional geosiyasi mənzərə xeyli dərəcədə asılı olacaq. Çünki artıq aydındır ki, Ermənistan regionda qeyri-müəyyənlik, sabitsizlik və intriqalar yaradan mənbədir. Azərbaycan isə sabitlik, əməkdaşlıq, barış, sülh və inkişafı stimullaşdıran dövlətdir. Tbilisinin hansı yolu seçəcəyi regionda qüvvələr nisbətini şəkilləndirəcək.

Bununla yanaşı, Gürcüstanda hakimiyyətin legitimliyi bütövlükdə regionda qlobal oyunçuların mübarizəsinə də təsir göstərə bilər. Burada hərbi qarşıdurmanın meydana gəlməməsi önəmlidir. Münaqişələrin danışıqlar yolu ilə həlli prioritet olaraq qalır. Yəni Gürcüstanda prezident seçkisinin geosiyasi kontekstinin əhəmiyyəti dərk edilməlidir.

Gürcüstan bu seçkini demokratik keçirə bilsə və ölkədə demokratik-hüquqi vəziyyət yaxşılaşsa, cəmiyyətdə sabitlik bərpa olunar. Əks halda, cəmiyyətin növbəti seçkidə "Gürcü arzusu"na "qırmızı kart" göstərməsi qaçılmaz olacaq. Bu isə ölkədə siyasi silkələnmələr ehtimalının qala biləcəyi deməkdir. Təbii ki, belə vəziyyət arzuolunan deyil.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellekt əsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb