İKT-nin Azərbaycan dili problemləri ilə bağlı tədqiqatlar aparılır
Bakı, 3 avqust, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemləri ilə bağlı tədqiqatlar aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova məlumat verib.
O, Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemləri üzrə intellektual terminoloji informasiya sistemlərinin sintezi problemlərinin tədqiq edildiyini, “Milli terminoloji informasiya sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin tamamlandığını nəzərə çatdırıb.
Şöbə müdiri intellektual transliterasiya interfeyslərinin işlənilməsi, eyni zamanda, İKT-nin tətbiqi ilə Azərbaycan dilinin tədrisi və qiymətləndirilməsi metodologiyasının təkmilləşdirilməsi və inkişafı mexanizmlərinin işlənilməsi ilə bağlı aparılan araşdırmalar zamanı mühüm nəticələr əldə edildiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]