İl ərzində Ukraynada 739 aviabomba zərərsizləşdirilib
Kiyev, 20 sentyabr, AZƏRTAC
Cari ildə Ukraynada İkinci Dünya müharibəsinə aid 739 aviasiya bombası aşkarlanaraq zərərsizləşdirilib.
AZƏRTAC Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin saytına istinadla xəbər verir ki, il ərzində bu qurum tərəfindən 44 min 555 partlayıcı maddə zərərsizləşdirilib. Təkcə son bir sutkada 299 silah-sursat, o cümlədən bir aviabomba aşkarlanıb.
Əksəriyyəti İkinci Dünya müharibəsindən qalan döyüş sursatlarının çoxu yaşayış məskənlərində xüsusən torpaq və tikinti işləri aparılarkən üzə çıxır.
Məlumata görə, Fövqəladə Hallar üzrə Dövlət Komissiyası Ukrayna ərazisinin döyüş sursatlarından təmizlənməsi üçün axtarışları hər gün davam etdirir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]