İlin birinci yarısında Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 443 milyon dolları ötüb
Kiyev, 18 iyul, AZƏRTAC
Yanvar-iyun aylarında Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının dəyəri 443 milyon dolları keçib.
Ukrayna Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 6 ayda Azərbaycan bu ölkəyə 230,4 milyon dollarlıq məhsul ixrac edib. Ölkəmizin Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 213 milyon dollar olub.
Qeyd edək ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir. Keçən il Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 808 milyon dollara çatıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:19]
® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim
- 24.09.2026 [12:17]
“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]