İmişlidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır
İmişli, 25 fevral (AZƏRTAC). Fevralın 25-də İmişli şəhərindəki “Soyqırımı” abidə kompleksinin önünə yüzlərlə adam toplaşmışdı. Rayonun müxtəlif yaşayış məntəqələrindən gələn müharibə veteranları, yaşlı nəslin, gənclərin və müxtəlif təşkilatların nümayəndələri abidə önünə gül dəstələri düzərək Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
Mərasim iştirakçıları milli birlik, dövlətçiliyimizə sədaqət və şəhidlərin ruhuna ehtiramlarını nümayiş etdirirmişlər.
Burada keçirilən toplantıda çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Səfa Ağayev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalı şəhərində azərbaycanlılara qarşı törətdikləri soyqırımı barədə ətraflı məlumat vermiş, erməni millətçilərinin heç bir fərq qoymadan qadın, uşaq, yaşlı insanlar da daxil olmaqla, azərbaycanlıları vəhşicəsinə qətlə yetirməsi aktının soyqırımı olduğunu bildirmişdir.
Mərasimdə çıxış edənlər Xocalı soyqırımına, günahsız insanlara qarşı törədilmiş bu dəhşətli qırğına beynəlxalq ictimaiyyətin biganəlik nümayiş etdirməsini kəskin pisləmişlər.
Qeyd olunmuşdur ki, bütün dünyanın gözü qarşısında baş verən və aparıcı media qurumları tərəfindən beynəlxalq ictimaiyyətə çatdırılan Xocalı soyqırımının müqəssirləri hələ də mühakimə olunmamışlar.
Tədbirin sonunda məktəblilərin ifasında Xocalı soyqırımı ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]