İndoneziya İran bayrağı altında üzən neft tankerini saxlayıb
Bakı, 11 iyul, AZƏRTAC
İndoneziyanın hakimiyyət orqanları Cənubi-Çin dənizində İran bayrağı altında üzən tankeri qanunsuz neft daşıması şübhəsi ilə saxlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İndoneziyanın dənizdə təhlükəsizlik agentliyinin rəhbəri Aan Kurniya bildirib.
“İyulun 7-də Cənubi-Çin dənizinin Şimali Natuna rayonunda “S Tinos” gəmisindən “Arman 114” tankerinə neft yüklənməsi faktı aşkarlanıb. “Arman 114” tankeri Malayziya hakimiyyətinin köməyi ilə saxlanılıb”, - deyə Aan Kurniya mətbuat konfransında bildirib. Onun sözlərinə görə, İran bayrağı altında üzən tankerdə 270 min tona yaxın neft var.
İndoneziya hakimiyyət orqanlarının saxlanılan gəmi və onun ekipajı ilə bağlı daha hansı tədbirlər görəcəyi ilə bağlı məlumat verməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [22:45]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]