İngiltərədə beş nəfər partlayışın qurbanı olmuşdur
Bakı, 14 iyul (AZƏRTAC). Bi-Bi-Si-nin yaydığı xəbərə görə, İngiltərənin Boston şəhərinin (Linkolnşir qraflığı) sənaye zonasında baş vermiş partlayış nəticəsində beş nəfər həlak olmuş, ağır xəsarətlər almış bir nəfər xəstəxanaya yerləşdirilmişdir. Partlayışdan dərhal sonra güclü yanğın başladığı üçün hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunmuşdur. Şahidlər partlayış rayonunda qara tüstü sütunlarının qalxdığını bildirmişlər.
Hadisə yerində polis əməkdaşları və əməliyyat-istintaq qrupu işləyir. Partlayışın səbəbləri barədə hələlik məlumat verilmir.
Bəzi məlumatlara görə, həlak olanlar qanunsuz yolla alkoqol məhsulu hazırlayan immiqrantlardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2026 [18:41]
FAO: Apreldə qlobal ərzaq qiymətləri indeksi artıb
- 08.05.2026 [18:04]
Marko Rubio: Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar dayanıb
- 08.05.2026 [17:55]
Qlobal buğda istehsalı bu il 2 faiz azalacaq
- 08.05.2026 [17:34]
İsveçdə uşaqlarda fıstığa olan allergiya hallarını azaltmağın yolu tapılıb
- 08.05.2026 [17:25]
Botsvananın sabiq Prezidenti 86 yaşında vəfat edib
- 08.05.2026 [17:15]
Bolqarıstanda yeni hökumət formalaşıb
- 08.05.2026 [17:10]