“İNSANLIĞA QARŞI ERMƏNİ XƏYANƏTİ” MÖVZUSUNDA “DƏYİRMİ MASA” KEÇİRİLMİŞDİR
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Azərbaycanda Atatürk Mərkəzində Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) təşəbbüsü ilə Xocalı soyqırımının 18-ci ildönümünə həsr edilmiş “İnsanlığa qarşı erməni xəyanəti” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Partiya təmsilçilərinin, QHT nümayəndələrinin və tarixçi alimlərin iştirak etdiyi tədbirdə Milli Məclisin deputatı, ASRP-nin sədri Xanhüseyn Kazımlı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyəti ilə birlikdə Xocalıda törədikləri soyqırımı haqqında danışmışdır.
Digər çıxış edənlər də ermənilərin azərbaycanlılara qarşı törətdikləri terror əməlləri və vəhşilikləri barədə məlumat vermişlər. Bildirilmişdir ki, ermənilər bütün beynəlxalq hüquq normalarına qarşı çıxaraq qədim Azərbaycan torpağı olan Dağlıq Qarabağı Ermənistana birləşdirmək niyyətindən əl çəkmək istəmir, bu yolda bütün cinayətlərə və vəhşiliklərə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı ən ağır cinayətlərdən biridir.
Sonra uşaqların ifasında Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya göstərilmişdir.
Sonda BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilməsi tələbi ilə beynəlxalq təşkilatlara, dünya dövlətlərinə müraciət qəbul olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]