Azərbaycan Dövlət İnformasiya Agentliyi

İntihara cəhd hallarının əsasən 15-25 yaş arası gənclərdə olduğu aşkarlanıb

İntihara cəhd hallarının əsasən 15-25 yaş arası gənclərdə olduğu aşkarlanıb

Bakı, 11 sentyabr, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2015-ci ildə dünyada 800 min insan intihar edib və bu rəqəmin 2030-cu ildə bir milyonu keçəcəyi təxmin edilir. İntihar adətən ölüm arzulamaq, intihar haqqında düşünmək, intihar planları qurmaq və intihara cəhdlə başlayan bir sıra proseslərin son mərhələsidir. Buna görə də intihar düşüncəsi olan insanlarda bu problemin qarşısını almaq üçün erkən mərhələdə psixi sağlamlıq mütəxəssisinə müraciət etmələri vacibdir.

AZƏRTAC Ümumdünya İntiharların Qarşısının Alınması Günü ilə bağlı araşdırma hazırlayıb. Mövzu ilə bağlı psixoloq Xalidə Qasimova deyib: “İntihar hallarının əksəriyyəti psixi xəstəliklə müşayiət olunur. Bu səbəbdən psixi şikayətləri olan insanların peşəkar yardıma müraciət etmələri, psixi xəstəliklərin erkən mərhələdə aşkarlanması və intiharın qarşısının alınmasında profilaktik müalicə edilməsi çox vacibdir. Bununla belə, intiharla bağlı stiqma və intiharların gizlədilməsi həmin şəxslərin müvafiq psixi sağlamlıq xidmətlərindən istifadəsinə mane olur. Psixi xəstəliklər və intiharlar haqqında cəmiyyətə sağlam məlumatın verilməsi bu stiqmanı azalda bilər.

İntiharın qarşısını almaq üçün risk faktorları müəyyən edilməlidir. Sözügedən risk faktorları ilə bağlı çoxlu araşdırmalar aparılıb, gənclər və yaşlı insanlarda intihar riskinin yüksək olduğu müəyyən edilib. İntihar və intihara cəhdlərin ən çox 15-25 yaş arası gənclərdə olduğu aşkarlanıb. Daha əvvəl intihara cəhd etmək də intihar davranışı üçün çox mühüm risk faktorudur. İntihar nəticəsində ölənlərin yarısı əvvəllər ən azı bir dəfə, təxminən dörddə biri isə əvvəlki ildə intihara cəhd edib. Bu, intihara cəhddən sonra həmin insanların mütəmadi olaraq izlənilməsi və müalicənin vacibliyini göstərir”.

İntiharla mübarizə həm fərdi, həm də sosial olmalıdır

Psixoloq intihar və psixi problemlər arasında müəyyən əlaqələrin olduğunu bildirib: “Bir çox intihar insanın streslə mübarizə qabiliyyətinin zəiflədiyi, maliyyə problemləri, ayrılıq, xroniki ağrı və xəstəlik kimi vəziyyətlərdən qaynaqlana bilər. Bundan əlavə, ekoloji fəlakət, zorakılıq, sui-istifadəyə məruz qalmaq və itki yaşamaq kimi hallar da intiharla çox bağlıdır. Qaçqınlar, immiqrantlar, ayrı-seçkiliyə məruz qalan azlıq qruplarında intihar nisbətləri daha yüksəkdir. Həmin şəxslər ayrı-seçkiliklə mübarizə aparmaq əvəzinə, intiharı həyat çətinliklərindən çıxış yolu kimi qəbul edirlər. İntiharın qarşısının alınması çoxölçülü şəkildə nəzərdən keçirilməli olan problemdir. Sosial mediadan istifadənin artdığı, mediada intiharın məşhur xəbər başlığı altında işıqlandırılması, xəbərlərdə intiharın üsulu ilə bağlı ətraflı məlumatların verilməsi xüsusilə yeniyetmə və gənclərdə intihar riskini artıra bilər. Bu səbəbdən ÜST intihar xəbərlərinin mediada işıqlandırılması ilə bağlı bələdçi dərc edib. İntiharla mübarizə həm fərdi, həm də sosial olmalıdır. İntihar üçün risk faktorlarının şəffaf şəkildə müəyyən edilməsi, bu risk faktorlarının azaldılması yolu ilə qoruyucu tədbirlərin artırılması, intihar riski altında olan qruplara planlı, effektiv və davamlı psixoloji yardımın göstərilməsi intiharın qarşısının alınmasında təsirli olacaq”.

Azərbaycanda intihar halları Avropa və uzaq Şərq ölkələrinə nisbətən daha azdır

Psixoloq Fuad Bəşirov intihar edən şəxsin qeyri-adi qarşılanmağının əsas səbəbi dini inanclarda bu əməlin günah, adətlərimizdə özünə qəsdin cəmiyyət tərəfindən zəiflik kimi qarşılanmağı, intihar edənin yaxınları tərəfindən ört-basdır edilməsi və bunun bir ayıb sayılmağı olduğunu deyib: “Əslində Azərbaycanda intihara həm Avropadan, həmdə uzaq Şərq ölkələrindən daha az rast gəlməsinin əsas səbəbi də budur. Dünyanın qloballaşmasının, bir ev halına gəlib, mədəniyyətlərin inteqrasiyası cəmiyyətimizə bir çox yaxşı tərəflərinin olması ilə bərabər təəssüf ki, intihar kimi mənfi halların artmasına da səbəb olur. İntihara cəhd edənlərin böyük bir hissəsi böhranlı - krizis halındakı səbirsizlik və çarəsizlik hissləri içində əmələ gələn, “kömək et” çağırışı və ya çətinlik çəkdiyi vəziyyətdən uzaqlaşma istəyi daşıyır. Böhran halı isə insan həyatında gözlənilmədən ortaya çıxan həlli çətin və travmatik hadisələr nəticəsində verilən psixoloji cavabdır. Əslində krizis halı patoloji bir vəziyyət deyil. Hər hansı bir böhranlı vəziyyətdə fərdlərin verdiyi reaksiyalar fərqli olur. Məhz bu səbəbdən böhranlı-krizis vəziyyət dedikdə hər hansı təhlükə deyil, insanın bu hadisəyə verdiyi emosional cavab adlandırmaq daha doğrudur. Şəxs intiharı yeganə çıxış yolu olaraq gördüyü zaman onu bu fikirdən yayındırmaq olduqca çətindir. İntihar düşüncəsi ağlınıza gələn zaman dərhal psixoloji müalicəyə başlamaq lazımdır. Əks təqdirdə bunun qarşısını almaq üçün gecikə bilərsiniz”.

Psixoloji problemi olan insanlar daha çox intihar edirlər

Psixoloq Rafiq Allahverdiyev son dövrlər intiharın dünyada aktual problemə çevrildiyini deyib: “İntihar fərdin özünü cəmiyyətdən təcrid etməsi ilə bağlıdır. Psixoloji problemi olan insanlar daha çox intihar edirlər. Onların düşüncəsinə görə, cəmiyyətdə heç kəs tərəfindən istənmirlər. Bu səbəbdən onlar problemdən çıxış yolu kimi intiharı görürlər. Bourdin və Esquirol kimi fransız psixiatrlar intiharı patoloji hadisə sayırlar. Esquirola görə, intihar edən insan bu hərəkəti həddindən artıq bir sayıqlama halında edir. Bir təhlükə qarşısında bütün canlılar kimi insanın da atacağı addım özünü qorumaq, təhlükədən qaçmaqdır. Bu qaçma iki şəkildə olur: biri təhlükədən uzaqlaşaraq qaçmaq, digəri isə özünü təhlükənin içinə ataraq qaçmaq. Nevrozlu bir adam təhlükəni açıq şəkildə görə və şərh edə bilmir. O, iki zidd qütb arasında tərəddüd edir və istəmədiyinə doğru yönəlir. Beləliklə, ölüm, yəni, intihar meydana gəlir”.

Mütəxəssislərin fikirlərinə əsasən qeyd edək ki, intihar edəcəyini istər zarafatla, istərsə də ciddi olaraq dilə gətirən insanlara qarşı çox diqqətli olmaq lazımdır. Unutmamaq lazımdır ki, intihar etmək fikrini dilə gətirən hər 5 insandan biri intihara cəhd edir və intihara cəhd edən hər 10 insandan biri ölür. İntiharı son çıxış yolu kimi seçim edən insanları tək qoymamaq və onları qısa müddətdə psixoloq müayinəsinə aparmaq lazımdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “SpaceXAI” süni intellekt sahəsində əməkdaşlıq edəcək

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK VİDEO

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib