“İqlim dəyişmələrinə adaptasiya potensialının gücləndirilməsi” layihəsi çərçivəsində görüş
Bakı, 17 iyun, AZƏRTAC
AMEA-nın Radiasiya Problemləri İnstitutunda “İqlim dəyişmələrinə adaptasiya potensialının gücləndirilməsi” layihəsi çərçivəsində Milli təşəbbüs qrupunun görüşü keçirilib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə layihənin birinci mərhələsinin əsas nəticələri və ikinci mərhələyə hazırlıq işlərindən bəhs olunub. Çıxış edənlər fəlakət risklərinin idarə olunması və onlardan əhalinin qorunması metodlarından, dağ rayonlarında biomüxtəlifliyin qorunması və qlobal iqlim dəyişikliyinin təsirləri haqqında fikir mübadiləsi aparıblar.
İsveçrə Əməkdaşlıq Təşkilatının nümayəndəsi Zahir Əhmədov ekoloji problemlərin həllində elm-təhsil-QHT sektorlarının əməkdaşlığının əhəmiyyətini, birgə layihələrin maliyyələşdirilməsi imkanlarını görüş iştirakçılarının diqqətinə çatdırıb və bu sahədə qüvvələrin birləşdirilməsinin prioritet fəaliyyət istiqaməti olduğunu vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:00]
Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”
- 14.10.2026 [17:25]
BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş
- 14.10.2026 [17:14]
“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir
- 14.10.2026 [17:10]
BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub
- 14.10.2026 [17:01]