Azərbaycan Dövlət İnformasiya Agentliyi

İqor Korotçenko: Regionda yeni reallıq formalaşıb

İqor Korotçenko: Regionda yeni reallıq formalaşıb

Bakı, 26 aprel, AZƏRTAC

Sərhəd nəzarəti barədə qərar qisasçıların bütün planlarını boşa çıxardı. Qarabağın Azərbaycanın tam nəzarətinə keçməsini heç kim dayandıra bilməz. Bu, dönməz və öz-özlüyündə tarixi prosesdir. Bu barədə AZƏRTAC-a müsahibəsində tanınmış siyasi icmalçı, hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

-Ermənistandan Azərbaycanın Qarabağ iqtisadi rayonuna silah qaçaqmalçılığının, bununla da hələ də ölkəmizin ərazisində yerləşən qanunsuz erməni silahlı qruplaşmalarının təchizatının dayandırılması üzrə bir çox bəyanat və çağırışlardan sonra rəsmi Bakı Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurulmasına dair qərar qəbul etdi. Bu qərar üçtərəfli Bəyanatın müddəalarına, xüsusən onun altıncı maddəsinə tam uyğundur. Həmin maddədə deyilir: “Azərbaycan Respublikası Laçın dəhlizi üzrə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə hərəkətinin təhlükəsizliyini təmin edir”. Bununla bağlı Sizin rəyinizi öyrənmək maraqlı olardı...

- Azərbaycan tərəfi Laçın yolunun girişində nəzarət-buraxılış məntəqəsinin qurulması haqqında qərarı Ermənistan tərəfindən çoxsaylı təxribatlara cavab olaraq qəbul edib. Ermənistandan Qarabağa qanunsuz yüklərin daşınması, müxtəlif təxribatlar sülh yolu ilə nizamlama prosesinə böyük zərər verib. Azərbaycan tərəfi bu məsələləri dəfələrlə Ermənistanın qarşısında qaldırıb və göstərilən qanunsuz fəaliyyətin qarşısının alınmasını tələb edib. Azərbaycan Ordusunun hərbi qulluqçularının olduqları hərbi yük maşını erməni diversantlarının quraşdırdığı minaya düşdükdən sonra həmin ərazidə təhqiqat aparılıb və həm piyada əleyhinə, həm də tank əleyhinə minalar aşkarlanıb. Həmin minalar 2021-ci ildə Ermənistanda istehsal olunub. Görünür ki, Azərbaycanın səbri daşıb və bu səbəbdən nəzarət-buraxılış məntəqəsinin qurulması barədə qərar qəbul edilib. Şübhəsiz ki, bu qərar məcburi xarakter daşıyırdı və hər şeydən əvvəl, erməni tərəfinin əməlləri ilə bağlıdır. Bu səbəbdən rəsmi İrəvan və erməni separatçıları bütün mümkün sualları özlərinə verməli və müvafiq olaraq, bütün iddiaları özlərinə qarşı qaldırmalıdır. Görülən tədbirlər sülh yolu ilə nizamlama prosesinin daha da fəal davam etməsinə kömək edəcək və erməni qisasçı dairələr bir daha müxtəlif növ silah-sursatın Qarabağa daşınması imkanına malik olmayacaq. Əlbəttə, onların bundan sonra silahlı bölmələrin rotasiyasını həyata keçirmək imkanı da olmayacaq.

-Ermənistanda Rusiya sülhməramlı missiyasının iflasa uğraması barədə bəyanatlar səslənir. Yeri gəlmişkən, erməni tərəfi bütün bəhanələrlə Qərbin yaxasından yapışmağa çalışır, onu özlərinin xilaskarı kimi görür...Siz necə hesab edirsiniz, Laçın yolunda nəzarət-buraxılış məntəqəsi danışıqların bərpa olunması üzrə səylərin boşa çıxması üçün erməni tərəfinin növbəti bəhanəsi olacaqmı?

-Son illər Ermənistanda öz uğursuzluqlarına görə Rusiyanı ittiham etmək bir tendensiya halını alıb. Öz nöqsanlarını, səhvlərini Rusiyanın sülhməramlı kontingentinin üzərinə qoymaq bu gün İrəvanın yürütdüyü siyasi kursa tam uyğundur. Lakin Rusiyanın ünvanına səslənən ittihamlar tamamilə əsassızdır. Baş vermiş və davam edən hər şey Ermənistan rəhbərliyinin qeyri-konstruktiv siyasətinin məntiqi nəticəsidir. Rusiyanın ünvanına ittihamlar konyunktura xarakteri daşıyır və İrəvanın Moskvadan və KTMT-dən tədricən qopması, müttəfiqlik qarşılıqlı münasibətlərini kəsməsi və hər şeydən əvvəl ABŞ və Fransa ilə yeni geosiyasi hərbi ittifaqlar yaratması üzrə siyasi kursu ilə əlaqədardır.

-Ermənistan paytaxtının mərkəzində və İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatı zamanı Azərbaycan bayrağının yandırılması, bu ölkənin hakimiyyətinin bütün səviyyələrində azərbaycanlılara qarşı nifrət dolu bəyanatlar, revanşist çağırışlar və təxribatlar, xüsusən Azərbaycan ərazisinə silah göndərilməsi tamamilə məntiqli bir sual doğurur: Ermənistan regionda sülhün bərqərar olmasını istəyirmi və ya müəyyən qüvvələrin maraqlarına xidmət edərək stabilliyi pozan faktor olaraq qalacaqmı?

-İrəvanda Azərbaycan bayrağının nümayişkaranə şəkildə yandırılması təxribatı təkcə millətçi hoqqabazlıq deyil. Bu, millətlər arasında nifaqın və yeni münaqişənin başlanmasının şüurlu şəkildə qızışdırılmasıdır. Bu hərəkətə heç cür haqq qazandırmaq olmaz. Bunu edən həm Azərbaycan hakimiyyəti, həm də erməni hökuməti tərəfindən cinayət məsuliyyətinə cəlb olunmalıdır. Təəssüf ki, Ermənistanda revanşist qüvvələr kifayət qədər güclüdür, dünya erməni diasporu yetərincə destruktiv mövqe nümayiş etdirir və Paşinyanın arxasından geosiyasi oyun oynamaq istəyir. Məqsəd - Qarabağı Azərbaycandan ayırmaqdır. Sərhəd nəzarəti haqqında qərar revanşistlərin planlarının üzərindən xətt çəkdi. Qarabağın Azərbaycanın tam nəzarətinə qaytarılmasını heç kim dayandıra bilməz, bu, dönməz və öz-özlüyündə tarixi prosesdir.

-Və son sualım. Rəsmi Bakı üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, dəfələrlə qanunsuz erməni silahlı qruplaşmalarının Azərbaycan ərazisindən çıxarılmasını tələb edib. Lakin Ermənistan bu prosesi yubadır, bundan başqa quldur dəstələrini fəal şəkildə silahlandırır. Bunun səbəbi aydındır. Siz necə hesab edirsiniz, Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi bu problemin həllinə kömək edəcəkmi? Axı, onların ətrafındakı dairə faktiki olaraq daralıb. Bununla bağlı separatçıların Rusiya sülhməramlı kontingentinin ünvanına ultimatumunu necə qiymətləndirmək olar?

-Regionda yeni reallıq formalaşır. Artıq qeyd etdiyim kimi, Ermənistanı üçtərəfli Bəyanata və yüksək səviyyədə digər razılaşmalara əməl etməyə yalnız Azərbaycan tərəfinin siyasi, diplomatik addımlarının hərbi xarakterli dəqiq tədbirlərlə uzlaşması məcbur edə bilər. Beləliklə, xüsusi olaraq, indi Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin fəaliyyətə başlamasından sonra de-fakto baş verənlər Azərbaycan nümayəndələrinin inzibatçılığı altında olacaq. Başlıcası odur ki, erməni qanunsuz silahlı bölmələrinin çıxarılması bu gün regionun sülh yolu ilə inkişafı üçün zəruridir. Aydındır ki, təchizat və silah ehtiyatından məhrum olan qanunsuz erməni silahlı bölmələri faktiki olaraq çıxılmaz vəziyyətə düşüblər və ərazini tərk etməyə məcbur olacaqlar. Buna paralel olaraq, separatçı rejimin özünü buraxması, həmin əraziyə Azərbaycanın dövlət orqanlarının səlahiyyətli nümayəndələrinin gəlməsi, onların inzibatçılıq, sülh prosesi və əhalinin həyat fəaliyyətinin bütün sahələrini öz üzərinə götürməsi baş verməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ iqtisadi zonasında yaşayan ermənilərin öz seçiminin etməsi - ya Azərbaycan vətəndaşı olması, yaxud özlərinə digər variantlar axtarması barədə hər kəsə məlum olan sözləri buna misaldır. Azərbaycan hökuməti dəfələrlə Qarabağ ermənilərinə ölkənin hüquqi məkanına yenidən inteqrasiya etməyi təklif edib, lakin hələ ki, heç kim bu təklifə cavab verməyib. Ümid edirik ki, yeni reallıq Qarabağ ermənilərini yaranmış vəziyyəti daha sakit və sağlam qiymətləndirməyə, praktiki inteqrasiya prosesinə başlamağa vadar edəcək.

 
Nadiya Qafarova

Publisist, tərcüməçi,

Azərbaycan Yazıçılar İttifaqının üzvü

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb