İrakli Kobaxidze: Gürcüstan Azərbaycan, Ermənistan, region və dünya üçün bu tarixi anı alqışlayır
Tbilisi, 9 avqust, AZƏRTAC
“Mən ABŞ və Azərbaycan prezidentlərini və Ermənistanın Baş nazirini tarixi sülh sazişinin əldə edilməsi və regionda sabitliyin, iqtisadi inkişafın yeni dövrünün başlaması münasibətilə təbrik edirəm. Gürcüstan həmişə regionda sülhün və əməkdaşlığın tərəfdarı olub və gələcəkdə də onlara güclü dəstək verəcək”.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze X sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, Gürcüstan Ermənistan, Azərbaycan, region və dünya üçün bu tarixi anı alqışlayır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.08.2026 [14:43]
İkinci Dünya müharibəsi bombası Dunayda yoxa çıxıb
- 11.08.2026 [14:06]
Fransada senat seçkilərinə namizəd irqçi hücuma məruz qalıb
- 11.08.2026 [14:03]
Konqoda Ebola qızdırmasından ölənlərin sayı iki min nəfəri keçib
- 11.08.2026 [13:50]