İRAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ SEYİD MƏHƏMMƏD XATƏMİYƏ
Hörmətli cənab Prezident,
Kirman ostanının Bəm şəhərində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni ürəkdən kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 dekabr 2003-cü il.