İran səfiri Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb
London, 19 may, AZƏRTAC
Böyük Britaniya hökuməti İranın üç vətəndaşının Milli Təhlükəsizlik Aktı çərçivəsində casusluq ittihamı ilə həbs olunmasından sonra İranın Londondakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
AZƏRTAC xəbər verir ki, həbs olunan şəxslər Londonda fəaliyyət göstərən “İran İnternational” müstəqil media qurumunun jurnalistlərini hədəf almaqda və xarici kəşfiyyat orqanına yardım edə biləcək fəaliyyətlərdə ittiham olunublar.
Britaniya hökumətinin verdiyi açıqlamada bildirilib ki, səfir Səid Əli Musəvi bu hadisə ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb. Bildirilib ki, Böyük Britaniya hökuməti milli təhlükəsizliyin qorunmasını əsas prioritet hesab edir və İran öz hərəkətlərinə görə məsuliyyət daşımalıdır.
Qeyd edək ki, eyni zamanda Böyük Britaniyanın Tehrandakı müvəqqəti işlər vəkili də İran vətəndaşlarının Birləşmiş Krallıqda əsassız və siyasi motivli həbsi ilə bağlı İranın Xarici İşlər Nazirliyinə çağırılıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [14:35]
İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib
- 01.10.2026 [14:33]
Rusiya bir qrup macar diplomatını ölkədən çıxarır
- 01.10.2026 [13:24]
Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb
- 01.10.2026 [13:08]