İran yeni nəsil pilotsuz təyyarə istehsalına başlayıb
Tehran, 1 mart, AZƏRTAC
İran “Kaman-12” adlı yeni nəsil pilotsuz təyyarə istehsalına başlayıb.
AZƏRTAC xəbər verir ki, İranın Kosmik Tədqiqatlar Mərkəzində istehsal ediləcək pilotsuz təyyarə 1000 kilometr məsafəyə uçaraq kəşfiyyat xarakterli məlumatlar, fotolar çəkmək imkanına malikdir. Bununla yanaşı, o, “ağıllı” raketlə də təchiz olunacaq.
İran əvvəllər də pilotsuz təyyarə istehsal edirdi. Lakin həmin təyyarələrin uçuş məsafəsi 30 kilometrdən artıq olmurdu.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]