İrana qarşı hərbi əməliyyat fonunda İsrailin xarici ölkələrdə səfirlikləri fəaliyyətini dayandırıb
Bakı, 13 iyun, AZƏRTAC
İsrailin İrana qarşı davam edən hərbi əməliyyatı fonunda yəhudi dövlətinin dünyanın müxtəlif yerlərindəki səfirlikləri və konsulluqları fəaliyyətlərini dayandırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat İsrailin Parisdəki səfirliyinin rəsmi saytında dərc olunub.
“Son hadisələrlə əlaqədar İsrailin xarici ölkələrdəki nümayəndəlikləri bağlanacaq və konsulluq xidmətləri göstərilməyəcək”, - deyə məlumatda bildirilir.
Təl-Əviv xaricdə yaşayan vətəndaşlarını olduqları yerlər barədə sosial şəbəkələrdə məlumat paylaşmamağa və yəhudi simvollarını açıq şəkildə nümayiş etdirməməyə, həmçinin İsrail mədəniyyəti ilə bağlı ictimai tədbirlərdən çəkinməyə çağırıb.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinin 200-dən çox qırıcısı gecə ərzində İranda 100-dən çox hədəfə hücum edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]