İrandan Türkiyəyə 77 kiloqramdan çox narkotik vasitə aparılmasının qarşısı alınıb
Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə “divar paneli” yükü aparan Türkiyə vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunda kinoloji xidmət iti tətbiq edilməklə əsaslı yoxlamaya cəlb olunub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildiriblər ki, yoxlama zamanı yük nəqliyyat vasitəsində “divar paneli” yükünün içərisində aşkar edilməsini çətinləşdirən üsullarla gizlədilmiş halda, gümüşü rəngli folqaya bükülmüş 24 ədəd bağlamada külli miqdarda, ümumi təmiz çəkisi 77 kiloqram 150 qram olan narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.