İranın Mərkəzi Bankına qarşı təkrar sanksiya tətbiq edilib
Tehran, 21 sentyabr, AZƏRTAC
İranın Mərkəzi Bankına qarşı təkrar sanksiyanın tətbiq edilməsi ABŞ-ın acizliyini göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Mərkəzi Bankının İdarə Heyətinin sədri Əbdülnasir Himməti deyib. O bildirib ki, təkrar sanksiya tətbiqi ABŞ-ın İrana qarşı ata biləcəyi addımın qalmadığını göstərir. Əlacsız qalan ABŞ məmurları təkrar sanksiya tətbiq etməkdən başqa bir iş görə bilmirlər.
Xatırladaq ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp İrana qarşı iqtisadi sanksiyaların sürətləndirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən İranın Mərkəzi Bankı sanksiyalar siyahısına düşüb. Halbuki İranın Mərkəzi Bankının adı ötən ildən sanksiya tətbiq edilənlər siyahısındadır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]