“İRƏLİ” DİASPOR TƏŞKİLATLARI İLƏ ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRİR
“İrəli” Ümumrespublika Gənclər Hərəkatı ölkəmizin beynəlxalq aləmdə tanınması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün səmərəli fəaliyyət göstərir, əlaqələrini genişləndirir, müxtəlif təşkilatlarla əməkdaşlıq edir.
Hərəkatdan AZƏRTAC-a bildirmişlər ki, təşkilatın həmtəsisçiləri Londonda fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri, Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumunda iştirak etmək üçün Bakıya gəlmiş “Araz” qəzetinin baş redaktoru Vüsal Həmzəyev və “Caspian Xazri” Azərbaycan məktəbinin direktoru Simuzər Baloğlanova ilə görüşmüşlər.
Qonaqlara təşkilat haqqında geniş məlumat verilmiş və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur. Qərara alınmışdır ki, “Araz” qəzetində “İrəli” haqqında, “İrəli-press” qəzetində isə Azərbaycanlı Gənclər Klubunun (AGK) fəaliyyəti haqqında müntəzəm olaraq məlumatlar dərc edilsin.
AGK-nın təşəbbüsü ilə Londonda fəaliyyətə başlayan “Azərbaycan Evi” kitabxanasının zənginləşdirilməsi üçün birgə layihələrin həyata keçirilməsi barədə fikr mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]