Azərbaycan Dövlət İnformasiya Agentliyi

İrəvanın ermənilərə verilməsi haqqında tarixi həqiqətlər

İrəvanın ermənilərə verilməsi haqqında tarixi həqiqətlər

Bakı, 12 yanvar, AZƏRTAC

Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bugünkü Ermənistanın yerləşdiyi ərazinin tarixi Azərbaycan torpağı olduğunu və bu ərazidə tarix boyu Azərbaycan xalqının yaşadığını xüsusi olaraq vurğuladı. 1918-ci ildə yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı, 1920-ci ildə Azərbaycan SSR-in Zəngəzuru Ermənistana güzəştə getmək qərarlarına siyasi qiymət verdi. Prezident Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yerini yüksək qiymətləndirdi, eyni zamanda, haqlı olaraq bu tarixin şanlı səhifələri ilə yanaşı, qara səhifələrini də unutmamağı, tarixi həqiqətləri təhrif olunmuş formada təqdim etməməyi və bundan dərs çıxarmağı tövsiyə etdi. Dövlət başçısı İrəvanın ermənilərə verilməsi qərarını istər 1918-ci ildə, istərsə də hazırkı dövrdə müxtəlif səbəblərlə izah etməyə çalışanların heç bir izahatının qəbul edilən olmadığını, bu qərarın xalqımızın başına nə qədər böyük bəlalar gətirdiyini vurğuladı və haqlı olaraq qeyd etdi ki, “əgər kimsə hesab edirdi ki, 1918-ci ildə İrəvanı Ermənistana verməklə biz hansısa daha böyük bəlalardan özümüzü sığortalamış ola bilərdik, bax, Zəngəzurun Ermənistana verilməsi bir daha onu göstərir ki, bu, çox yanlış, səhv addım idi və dediyim kimi xəyanət idi”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Tarix İnstitutunun Azərbaycan Cümhuriyyəti tarixi şöbəsinin aparıcı elmi işçisi, “Azərbaycanlılara qarşı soyqırımı: tarixi və konsepsiyası” elmi qrupunun rəhbəri tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov deyib.

Onun sözlərinə görə, dövrün arxiv sənədlərindən “İrəvanın ermənilərə verilməsi və ümumiyyətlə, Cənubi Qafqazda erməni dövlətinin yaradılması” siyasətinin alternativinin mövcudluğu məlum olur: “Bu, “Cənubi Qafqazda erməni dövlətinin yaradılmasına ümumiyyətlə imkan verməmək” siyasəti idi. Bu, Osmanlı dövlətinin siyasi xətti idi, lakin təəssüf ki, biz buna qarşı çıxdıq.

Dövrün arxiv sənədlərinin tədqiqi belə bir həqiqəti ortaya çıxarır ki, 1918-ci ildə Cənubi Qafqaz Seyminin süqutunun labüdlüyü ortaya çıxan zaman bölgədə əsas söz sahibi olan Osmanlı dövlətinin Baş naziri Tələt Paşa və hərbi nazir Ənvər Paşa Cənubi Qafqazda iki dövlətin - gürcü və müsəlman dövlətlərinin yaradılması mövqeyindən çıxış edir, bölgədə üçüncü dövlətin -erməni dövlətinin yaradılmasının əleyhinə idilər. Tələt Paşa və Ənvər Paşa məsələyə strateji yanaşaraq Seymin süqutu və müstəqil gürcü dövləti yaradıldığı təqdirdə Qafqazın digər qismində müsəlman dövləti yaratmaq və ermənilərə dövlət yaratmağa imkan verməmək, ermənilərin yaşadığı əraziləri müsəlmanlarla gürcülər arasında bölüşdürmək və bu məsələdə “çibanı kökündən təmizləmək” mövqeyindən çıxış edirdilər. Lakin Batum konfransındakı Seym heyətinin gürcü və Azərbaycan nümayəndələri erməni dövlətinin yaradılmasının vacibliyi mövqeyində israr edirdilər. Osmanlı hökuməti gürcü nümayəndələrinin təklifini rədd etsə də, Azərbaycan nümayəndələrinin təkidli mövqeyi qarşısında “ermənilərə dövlət yaratmağa imkan verməmək və ermənilərin yaşadığı əraziləri müsəlmanlarla gürcülər arasında bölüşdürmək” təklifindən geri çəkildi və bir sıra öhdəliklər qarşılığında Osmanlı dövlətinin yeni sərhədləri ilə Göyçə gölü arasında erməni dövlətinin yaradılmasına razılıq verdi. Yəni, erməni dövlətinin yaradılması məsələsində Azərbaycan nümayəndələrinin təkidli mövqeyi mühüm rol oynadı. Bu fakt dövrün tarixi sənədlərində təsbit olunur, danılmaz həqiqətdir, bunu kimsə dana bilməz. Bu həqiqəti Azərbaycan Cümhuriyyətinin xadimləri özləri də etiraf ediblər. Məsələn, Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi Məmməd Yusif Cəfərov 1918-ci il oktyabrın 8-də Tiflisdəki Osmanlı nümayəndəsi Əbdülkərim Paşanın vasitəçiliyi ilə Ermənistanın Gürcüstandakı diplomatik nümayəndəsi Arşak Camalyanla keçirdiyi görüşdə Azərbaycanın həmişə ermənilərə xoş münasibət göstərdiyini və Batum konfransının gedişində məhz Azərbaycanın səyləri nəticəsində Ermənistanın müstəqilliyinin təsbit olunduğunu bəyan edib, həmçinin İrəvan şəhərinin də Qarabağa bir daha ərazi iddiaları irəli sürməyəcəkləri şərtilə ermənilərə verildiyini Camalyanın diqqətinə çatdırıb”.

Vasif Qafarov bildirib ki, Azərbaycan tərəfinin səyləri nəticəsində Cənubi Qafqazda erməni dövlətinin yaradıldığını Məhəmməd Əmin Rəsulzadə də dəfələrlə bəyan edib: “Eyni zamanda, bu addımın yanlış olduğunu bu qərarın qəbul olunmasından heç bir ay keçməmiş etiraf edib. M.Ə.Rəsulzadə İstanbul konfransında olarkən Osmanlı rəsmiləri ilə görüşündə Azərbaycan tərəfinin Batum konfransında Tələt Paşa və Ənvər Paşanın erməni dövlətinin yaradılması məsələsinə münasibətdə “çibanı kökündən təmizləmək” təklifini bölüşmədiyinin səhv mövqe olduğunu, Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini və Azərbaycan üçün bir bəlaya çevrildiyini etiraf edib. Tarix də sübut etdi ki, Tələt Paşa və Ənvər Paşanın erməni dövlətinin yaradılmasına imkan verməmək və bu məsələdə “çibanı kökündən təmizləmək” siyasəti dövrün şərtləri daxilində ən doğru və strateji seçim idi. Lakin təəssüf ki, Azərbaycan nümayəndələri bu siyasətə qarşı çıxdılar və erməni dövlətinin yaradılması siyasətini yeritdilər.

Batum konfransında siyasi mərkəzi İrəvan şəhəri olmaqla erməni kantonunun yaradılması haqqında qəti qərar qəbul edildikdən sonra konfransdakı Azərbaycan nümayəndələrinin (M.H.Hacınski və M.Ə.Rəsulzadə) tövsiyəsi ilə hüquqi prosedurları tamamlamaq üçün Azərbaycan Milli Şurasının 1918-ci il mayın 29-da Həsən bəy Ağayevin sədrliyi ilə keçirilən iclasında İrəvanın Ermənistana güzəştə gedilməsi məsələsi müzakirə olundu. İclasın keçirilməsi üçün yetərsay olmadığı halda məsələ səsə qoyuldu və “İrəvanın ermənilərə güzəştə gedilməsi” ilə bağlı müsbət qərar verildi. Bu qərarla İrəvanın Ermənistana güzəştə gedilməsi məsələsi hüquqi cəhətdən ermənilərin xeyrinə həll edilmiş olsa da, əslində bu qərarın hüquqi əsası yox idi.

Azərbaycan Milli Şurası o zaman parlament funksiyasını həyata keçirirdi, yəni hökumətin imzaladığı müqavilə, saziş və razılaşmalar Milli Şurada təsdiq edildikdən sonra qanuni qüvvəyə minə bilərdi. Əvvəla, Batumda aparılan erməni-Azərbaycan danışıqlarında tərəflər arasında bu məsələ ilə bağlı əldə edilən centlemen razılaşmaların hansısa bir müqavilə ilə rəsmiləşdirilməsi həyata keçirilməyib. Qarşılıqlı öhdəlik və məsuliyyəti hüquqi qüvvəyə malik müqavilə ilə rəsmiləşdirilməyən bir centlemen razılaşmanı birtərəfli qaydada təsdiq etmək doğru deyildi.

Digər tərəfdən, İrəvan məsələsi ilə bağlı Batumda əldə edilən razılaşmaları birtərəfli qaydada təsdiq edib rəsmiləşdirən Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli iclası bu məsələdə qərar qəbul etmək üçün səlahiyyətə malik deyildi. Belə ki, Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli iclasında Milli Şuranın 44 nəfər üzvündən cəmi 20 nəfəri iştirak edib, bu 20 nəfərdən də 16 nəfəri İrəvanın güzəştə gedilməsi təklifinin lehinə, 1 nəfəri əleyhinə səs verib, 3 nəfər isə bitərəf qalıb. Ərazi güzəşti kimi mühüm bir məsələnin həlli qərarı Milli Şura üzvlərinin ən azı üçdə iki səs çoxluğu ilə qəbul edilə bilərdi. Bu iclasda isə Milli Şura üzvlərinin heç 50 faizi iştirak etmirdi. Bu mənada Milli Şuranın 29 may 1918-ci il tarixli iclasının qərarı legitim hesab edilə bilməz.

Üçüncü bir tərəfdən, İrəvan şəhərinin müsəlmanların böyük çoxluq təşkil etdiyi yerli əhalisinin rəyi belə öyrənilmədən məsələ müzakirəyə çıxarılıb və qərar qəbul olunub. Azərbaycan Milli Şurasının 1 iyun 1918-ci il tarixində keçirilən iclasında İrəvandan olan şura üzvləri - Mir Hidayət Seyidov, Bağır Rzayev və Nəriman bəy Nərimanbəyov Milli Şuranın “İrəvanın Ermənistana güzəştə getməsi” qərarına qarşı rəsmi etirazla çıxış etdilər. Lakin Milli Şura bu etiraz sənədini müzakirə etmədən onun protokola tikilməsi haqqında qərar qəbul etdi. Beləliklə, Azərbaycan tərəfinin köməyi ilə Ermənistan dövlətinin yaradılması və onun paytaxtı məsələsi öz həllini tapdı”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb