İŞ ADAMI GÜLAĞA TƏNHAYA MÜKAFAT TƏQDİM EDİLMİŞDİR
Birliyin sədri Anar çıxış edərək, iş adamı Gülağa Qəmbərovun ədəbiyyatımıza, incəsənətimizə, mədəniyyətimizə və elmimizə təəssübkeşliyindən danışmışdır. O, ayrı-ayrı sənətkarlara qayğı göstərmiş, şair və yazıçılarımızın əsərlərini çap etdirmişdir.
Natiq həmçinin Şamaxıda böyük şair M.Ə.Sabirin məzarının üzərində günbəz inşa edilməsi təşəbbüsünü xatırlatmışdır.
AYB-in katibləri Fikrət Qoca, Arif Əmrahoğlu, xalq şairi Qabil, tanınmış yazıçı Əlibala Hacızadə və başqaları Gülağa Tənhanın öz xalqı üçün gördüyü işləri alqışlamışlar. Qeyd etmişlər ki, o, həm də şairdir və “Tənha” təxəllüsü ilə şeirlər yazır.
Gülağa Tənha çıxış edərək, göstərilən diqqətə görə təşəkkürünü bildirmişdir. O, əmin etmişdir ki, bundan sonra da elm, sənət adamlarına, şair və yazıçılara qayğısını əsirgəməyəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:04]
Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı
- 15.10.2026 [13:14]