İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin informasiya nazirlərinin Tehranda iclası keçiriləcək
Tehran, 29 noyabr, AZƏRTAC
Dekabrın 3-4-də İran İslam Respublikasında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin informasiya nazirlərinin 10-cu iclası keçiriləcək.
İclasda təşkilata üzv ölkələr arasında informasiya mübadiləsinin genişləndirilməsi və digər aktual məsələlərə dair müzakirələr aparılacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran