İsmayıllı-Lahıc avtomobil yolunda nəqliyyatın hərəkəti təmin edilib
Bakı, 11 sentyabr, AZƏRTAC
İntensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc avtomobil yolunun (17.2 km) hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hadisə baş verən andan etibarən dərhal əraziyə agentliyin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Sözügedən yol nəzarətdə saxlanılır və qeyd edilən hissədə qaya parçalarının təmizlənməsi işləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:15]
Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib
- 30.09.2026 [14:11]
Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO
- 30.09.2026 [13:38]
Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb
- 30.09.2026 [13:29]
Xaçmazda məktəblini avtomobil vurub VİDEO
- 30.09.2026 [13:00]
Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB
- 30.09.2026 [11:28]