İsmayıllıda qanunsuz tikili sökülüb
Bakı, 19 iyun, AZƏRTAC
İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən şəhərin S.Mehdiyev küçəsində fiziki şəxs Vasif Ədalət oğlu İbrahimovun qanunsuz tikinti işləri aparması faktı aşkarlanaraq, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət edilib.
Bu barədə nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib.
Qeyd olunub ki, nüraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.