İsmayıllının mədəniyyət müəssisələri dezinfeksiya olunur
İsmayıllı, 23 mart, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində dezinfeksiya işləri davam etdirilir.
Regional mədəniyyət idarəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, dezinfeksiya işləri bütün mədəniyyət müəssisələrində, o cümlədən Heydər Əliyev Mərkəzində, Heydər Əliyev adına Mədəniyyət Mərkəzində, rayon mərkəzi kitabxana sistemində, Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbində, Dövlət Rəsm Qalereyasında, Tarix-Diyarşünaslıq Muzeyində aparılır.
Dezinfeksiya işləri müvafiq qurumlardan dəvət olunan mütəxəssislər tərəfindən yerinə yetirilir.