DÜNYA
İspaniya Aralıq dənizində xilas edilmiş miqrantların bölüşdürülməsindən imtina edir
Madrid, 20 sentyabr, AZƏRTAC
İspaniya Aralıq dənizində hərbçilər və ya humanitar missiyalı gəmilər tərəfindən xilas edilmiş miqrantları bölüşdürməyəcək.
AZƏRTAC İspaniya KİV-lərinə istinadla xəbər verir ki, Avropa səviyyəsində yeni saziş bu məsələyə həsr olunacaq.
Hökumətdə vurğulayıblar ki, bu, heç də o demək deyil ki, ölkə dənizdə miqrantlara yardım göstərməyə hazırlaşmır, yaxud qanunamüvafiq surətdə miqrantlara diqqət göstərməyi planlaşdırmır. Qeyd edilir ki, İspaniya bu işlə başqa ölkələrdən daha çox məşğul olur.
Avqustda Krallıq dənizə İspaniya bayrağı altında çıxmış 15 “Open Arms” sərnişin gəmisini qəbul edib.
Hazırda Aralıq dənizi akvatoriyasında yeddi gəmi üzür. Onların vəzifəsi fəlakətə düçar olan qeyri-leqalları xilas etməkdir. Gəmilərin dördü Almaniya bayrağı altında üzür.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]