İspaniyanın “Luqo” klubu azərbaycanlı futbolçunu baxışa çağırıb
Bakı, 16 noyabr, AZƏRTAC
İspaniyanın “Luqo” klubu Azərbaycan millisində oynamış Eddi İsrafilovu baxışa çağırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. İyirmi doqquz yaşlı yarımmüdafiəçi artıq kollektivlə məşqlərə başlayıb.
Onun komandada qalıb-qalmayacağı ilə bağlı qərar bir neçə gündən sonra veriləcək.
Qeyd edək ki, E.İsrafilov iyunda “Albasete”dən ayrıldıqdan sonra klubsuz qalıb. 2015-ci ildən Azərbaycan yığmasına dəvət alan oyunçu son olaraq 2019-cu ilin noyabrında Slovakiyaya səfərdə 0:2 hesabı ilə uduzduqları “Avro-2020”nin seçmə oyununda millinin formasını geyinib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]