İsveç-Azərbaycan Federasiyası bu ölkənin parlamentinə məktub ünvanlamışdır
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də İsveç-Azərbaycan Federasiyasının sədri Səttar Sevigin Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı İsveç Parlamenti baş katibinin müavini Ulf Christofferssonla görüşmüşdür.
Federasiyadan AZƏRTAC-a bildirmişlər ki, görüşdə qan yaddaşımıza əbədi həkk olunmuş Xocalı soyqırımı, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri digər vəhşiliklər və faciə ilə bağlı məlumat verilmişdir.
S.Sevigin qeyd etmişdir ki, Xocalıda törədilmiş qətliam bəşər sivilizasiyasının ən qara səhifələrindən biridir və bu dəhşətli hadisələr Azərbaycan xalqına qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin bir hissədir.
Sonra federasiya sədri rəhbərlik etdiyi təşkilatın İsveç Parlamentinə ünvanladığı isveç və ingilis dillərində məktubu Ulf Christofferssona təqdim edilmişdir.
Məktubda İsveç Parlamentindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Xocalı şəhərində törədilən faciəni soyqırımı kimi qiymətləndirməsi, BMT-nin işğal olunmuş ərazilərin qeyd-şərtsiz boşaldılması barədə qəbul etdiyi 4 qətnaməyə məhəl qoymayan Ermənistanı işğalçı dövlət kimi tanıması və digər məsələlər xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]